Elza QƏZƏBLƏNDİ: “Şou əhli adımdan şeirlər yazıb, məni alçaltmaq istəyir” – VİDEO

Elza QƏZƏBLƏNDİ: “Şou əhli adımdan şeirlər yazıb, məni alçaltmaq istəyir” – VİDEO

Hazırda oxunan: Elza QƏZƏBLƏNDİ: “Şou əhli adımdan şeirlər yazıb, məni alçaltmaq istəyir” – VİDEO

108929

“Biz şou-biznesdə deyilik. Şou-biznes bizdədir. Adımızın, yəni sənət məbədinin altında şou-biznes yaranıb. Oraya isə sıradan biriləri də gəlir. Buna görə isə bizi şou-biznes adlandırmayın. Mən və mənim simamda olan sənətkarlara sənətçi və şou-biznes adamı deməyin. Ayıbdır!” 

Bizim.Media xəbər verir ki, bu sözləri bəstəkar-müğənni, Əməkdar artist Elza Seyidcahan “MTV maqazin” verilişinə müsahibəsində deyib. 

Sənətçi bildirib ki, bəzi məşhurlar yazdıqları şeirləri onun adı ilə qələmə verib, gözdən salıb, alçaltmağa çalışırlar.

“Biz sənətlə məşğuluq. Bizdən gündəm yaradırlar. Onlar isə gündəmdə qalmaq üçün bizdən danışır, bizə sataşır, yozur və olduğumuz kimi göstərmək istəmirlər. Adımdan mənə məxsus olmayan şeirlər yazıb, kök altı sözlər deyirlər. Hörmətli şəxslər mənə zəng vurub deyirlər ki, sizin yazdığınız bu şeiri oxuyub, ölmüşük gülməkdən. Deyirəm ki, oxuyun görüm o nə şeirdir elə. Oxuyanda anlayıram ki, bu şeiri mən yazmamışam. Adımdan kimlərsə yazıb. Bunu edən isə bəzi müğənnilər, şairlər və yazarlardır. Özlərini müğənni sayanlar üzümə gülüb arxamca başqa şeylər danışırlar. Onların məqsədi məni alçaltmaqdır”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO