Aysun “Wolt”u “yıxıb-sürüdü”: “Bu nə tərbiyəsizlikdir?” - VİDEO

Aysun “Wolt”u “yıxıb-sürüdü”: “Bu nə tərbiyəsizlikdir?” - VİDEO

Hazırda oxunan: Aysun “Wolt”u “yıxıb-sürüdü”: “Bu nə tərbiyəsizlikdir?” - VİDEO

108674

Müğənni Aysun İsmayılova Bakıda fəaliyyət göstərən yemək çatdırılma şirkəti “Wolt”u tənqid edib. 

Bizim.Media xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkə hesabında video paylaşıb. 

İsmayılova məşhur “fast food” restoranlar şəbəkəsindən “Wolt”la yemək sifariş verdiyini, lakin paketləri açdığında xoşagəlməz mənzərə ilə üzləşdiyini bildirib. 

““Wolt”un biabırçılığına baxın. Bu artıq neçənci dəfədir ki, belə problem yaranır. Bu qədər pul ödəyirik... Bütün şirələri yeməklərin içinə dağıdıblar. Belə şey olar? Bu nə tərbiyəsizlikdir?”, - deyə Aysun vurğulayıb.  
Qeyd edək ki, daha əvvəl də A.İsmayılova bir neçə dəfə sözügedən yemək çatdırılma şikrətinin fəaliyyətini tənqid etmişdi. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO