Sonaxanımın qardaşı OD PÜSKÜRDÜ: “Ömür boyu paxıllığımı çəkmisən” - VİDEO

Sonaxanımın qardaşı OD PÜSKÜRDÜ: “Ömür boyu paxıllığımı çəkmisən” - VİDEO

Hazırda oxunan: Sonaxanımın qardaşı OD PÜSKÜRDÜ: “Ömür boyu paxıllığımı çəkmisən” - VİDEO

108072

“Uşaqlıqdan sən ögeylik etmisən. Sənə mən baxmışam. Sənin çörəyin dizinin üstündədir  eləcə də qızın Nərgizin. Anam da hər zaman deyərdi ki, o boyda kişidən sənin kimi övlad...” 

Bizim.Media xəbər verir ki, bu sözləri aktrisa Sonaxanımın qardaşı Rüfət bəy “Təsir dairəsi” ictimai-sosial verilişində deyib. 

Mərhum anaları Minaxanımın “Xırdalan” şəhərciyində olan evlərini öz aralarında bölə bilməyən qardaş-bacı proqramda bir-birini ağır sözlərlə ittiham ediblər. 
Rüfət bəy bacısı Sonaxanımın ömür boyu paxıllığını çəkdiyini söyləyib:

“Sən nə atanı, nə də ki, ananı istəmisən. Sən yalnız özünü istəyirsən. Anamı da sən qovmusan evdən. Sən ömür boyu mənim paxıllığımı çəkmisən. Ömür boyu mənə burnundan gəlsin demisən. Ona görə tula kimi qalmısan”.

Qardaşının “Sən anana baxmamısan” sözlərinə Sonaxanımın cavabı belə olub:

“1998-ci ildən anamız Minaxanım işləməyib. O şirkətlərin birində insan resursları şöbəsində çalışıb. O ildən sonra isə anaya sən yox, mən baxmışam. İndi deyəcəksən ki, qızıma görə anama baxırdım. Amma o zaman qızım dünyaya gəlməmişdi. Qızım 2002-ci ildə anadan olub”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO