Mehriban Xanlarova efirlərə niyə çıxmır? - ÖZƏL

Mehriban Xanlarova efirlərə niyə çıxmır? - ÖZƏL

Hazırda oxunan: Mehriban Xanlarova efirlərə niyə çıxmır? - ÖZƏL

107289

“Teatrdaki fəaliyyətimi davam etdirirəm. Həmkarlarımla yeni tamaşalar üzərində çalışırıq. Efirlərdən uzaqlaşmışam. Çıxmamağımın da səbəbi yorulmağımla əlaqədərdir. İstirahətə ehtiyacım var”.

Bu sözləri Əməkdar artist Mehriban Xanlarova Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib. 

Tez-tez ictimai-sosial verilişlərdə ekspert qismində iştirak edən aktrisa bildirib ki, sözügedən proqramlara çıxmamağının səbəbi ailə qayğılarıdır. 

“Sosial verilişlərə üz tutan insanların dərdinə biganə qala bilmirəm. Əsəbiləşirəm, stress keçirirəm. Özümün də kifayət qədər işlərim, problemlərim var. Ailəmin qayğıları, yükü mənim çiynimdədir. Mən təkəm, bir başqa insan yoxdur. Ona görə məcburam ailəmin yanında onlara dəstək olum”, - deyə M.Xanlarova vurğulayıb. 

Bir sıra məşhurların verilişlərə qonorar müqabilində çıxmasına isə sənətçinin reaksiyası belə olub: 

“Verilişlərdə iştirakıma görə qonorar istəməyə heç zaman əl atmamışam. Heç bunu ağlımdan da keçirmirəm. Birdən tamaşaçılar elə başa düşər ki, efirlərə çıxmamağımın səbəbi onlardan qonorar istəməyimdir. Xeyr! Bununla əlaqədar deyil. Əminəm ki, qonorar istəsəm, onu mənə verərlər”.
“Ananızın səhhəti necədir?” sualına isə M.Xanlarova “Anamın sağlamlıq vəziyyəti yaxşıdır. Bir az qardaşımın səhhətində narahatlıqlar yaranıb. İnşallah, hər şey yaxşı olacaq. Allah böyükdür” cavabını verib.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO