Yusif Eyvazov xanımı ilə Argentinaya yollandı - SƏFİRİMİZLƏ GÖRÜŞDÜ - FOTO/VİDEO

Yusif Eyvazov xanımı ilə Argentinaya yollandı - SƏFİRİMİZLƏ GÖRÜŞDÜ - FOTO/VİDEO

Hazırda oxunan: Yusif Eyvazov xanımı ilə Argentinaya yollandı - SƏFİRİMİZLƏ GÖRÜŞDÜ - FOTO/VİDEO

107033

Opera və vokal ifaçısı, Xalq artisti Yusif Eyvazov həmkarı, həyat yoldaşı Rusiyanın Xalq artisti Anna Netrebko ilə bərabər Argentinaya yollanıb. 

Bizim.Media xəbər verir ki, Buenos-Ayreysdə səfərdə olan sənətçi orada fəaliyyət göstərən Azərbaycanın səfirliyinə baş çəkib. 

Eyvazov səfirlik önündə asılan üç rəngli bayrağımızın görüntülərini çəkərək sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

Bundan savayı Azərbaycanın Argentinadakı fövqəladə və səlahiyyətli səfiri Rəmzi Teymurov və səfirlikdə çalışan digər şəxslərlə görüşərək, onlarla xatirə foto çəkdirib. 

Yusif səfəri ilə bağlı bu sözləri yazıb: 

“Əziz dostlar, Buenos-Ayresdə olduğum müddətdə mən doğma Azərbaycanın bir parçasını, Azərbaycanın Argentinadakı səfirliyini ziyarət etmək şərəfinə nail oldum. 

Mən çox şadam ki, Azərbaycan ilə belə uzaq Argentina  arasında münasibətlər çox mehribandır. Azərbaycanın Argentinadakı fövqəladə və səlahiyyətli səfiri Rəmzi Teymurov, səfirin xanımı Kenyul xanım Teymurova, diplomatlar Nicat Sadıqov, Rüstəm Həsənzadə və səfirliyimizin digər əməkdaşları ilə görüşməkdən məmnun oldum. 
Bütün diplomatik missiyaya ürəkdən uğurlar arzulayıram və bir Azərbaycan vətəndaşı olaraq ürəkdən sizə təşəkkürümü bildirirəm” 

Rəşad Əliyev, Bizim.Media
 
















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO