İlham Namiq Kamal ilə Afaq Bəşirqızı KÜSÜLÜDÜR? - VİDEO

İlham Namiq Kamal ilə Afaq Bəşirqızı KÜSÜLÜDÜR? - VİDEO

Hazırda oxunan: İlham Namiq Kamal ilə Afaq Bəşirqızı KÜSÜLÜDÜR? - VİDEO

106884

“Vaxtı ilə biz böyük ustadlardan və müəllimlərdən dərs almışıq. Bizim özülümüz var. Biz bu sənətə pula görə gəlməmişik”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti İlham Namiq Kamal “Maqazin plyus” verilişinə müsahibəsində deyib. 

73 yaşlı sənətkar yalnız özü kimi peşəkarlara dəyər verdiyini dilə gətirib: 

“Kimin məktəbi var, o sənət adamlarına daha böyük rəğbətim var. Yalnız peşəkarları alqışlayıram. Peşəkarlıq isə çox böyük məktəbdir”.

Xalq artisti yeni ekran işlərində olmadığının səbəbini bu sözlərlə ifadə edib:

“Gözəl ssenarisi, peşəkar rejissor olarsa, mütləq şəkildə yeni serial və filmlərə çəkilərəm”. 

İlham Namiq Kamal müsahibəsinin sonunda küsülü olduğu deyilən həmkarı Xalq artisti Afaq Bəşirqızı ilə münasibətlərinə də aydınlıq gətirib:

“Uzun illər biz Afaq xanımla rollar ifa etmişik. Kimsə bu xəbərlərdən qazanc əldə etmək istəyirsə qoy etsin. Belə xəbərləri yayanlar dolanışıq üçün edirlər” 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO