Mədə xərçəngindən sağalan Xalq artisti Ramiz Novruzun hazırkı sağlamlıq vəziyyəti açıqlanıb.
Bizim.Media xəbər verir ki, sənətkarın vizajist qızı Şəfəq Novruz “Səhər mərkəzi” verilişinin canlı efirinə telefon vasitəsi ilə qoşularaq, atasının səhhəti ilə bağlı məlumat verib.
“Atam bir az arıqlayıb. Amma ümümi vəziyyəti yaxşıdır. Səhhəti yerindədir. Atam arıqladığına görə, hələki heç bir verilişə çıxmır. Ümüd edirik ki, atam daha yaxşı olacaq. O, mədə xərçəngindən əziyyət çəkirdi. Bizə ilk olaraq çox pis xəbər verdilər. Cənab Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva atamın müalicəsini öz öhdəliklərini götürdülər. Atam “Bona Dea” klinikasında altı ay müalicə aldı. Müalicəsi hələ də davam edir”, - deyə Şəfəq bildirib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
10:59 / 29.11.2022
Mədə xərçəngindən sağalan Ramiz Novruzovun VƏZİYYƏTİ NECƏDİR? - VİDEO
Hazırda oxunan: Mədə xərçəngindən sağalan Ramiz Novruzovun VƏZİYYƏTİ NECƏDİR? - VİDEO
Hazırda oxunan: Mədə xərçəngindən sağalan Ramiz Novruzovun VƏZİYYƏTİ NECƏDİR? - VİDEO
106863
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.