Xatun gəlinin cehizlərini və ona verdiyi dəbdəbəli “brilliant dəst”ini NÜMAYİŞ ETDİ - VİDEO

Xatun gəlinin cehizlərini və ona verdiyi dəbdəbəli “brilliant dəst”ini NÜMAYİŞ ETDİ - VİDEO

Hazırda oxunan: Xatun gəlinin cehizlərini və ona verdiyi dəbdəbəli “brilliant dəst”ini NÜMAYİŞ ETDİ - VİDEO

106662

Xəbər verdiyimiz kimi, bu gün müğənni Xatun Əliyevanın oğlu Adilin toyudur. 

Bizim.Media xəbər verir ki, “Zaurla Günaydın” verilişinin aparıcısı Günay Baxşəliyeva sənətçi ilə birgə Xatunun “Yeni Yasamal”dakı dəbdəbəli mənzilinə gedib. 

Xatun bildirib ki, bu evi oğlu ilə gəlini Gülnara verəcək. Verilişin gedişatında eyvana yığılan gəlininin gətirdiyi cehizləri nümayiş olunub. 

Bundan başqa Günay müğənninin gəlininə toy hədiyyəsi olaraq verdiyi “brilliant dəst”ini tamaşaçılara göstərib.  

Bu anda isə Xatun “Buna “gəlinlik qarnitur”u deyirlər. Gəlinim özü şəxsən seçib. Çox incə bir dəstdir. Həyatları gözəl olsun. Qızıl göz qaytardığından, gəlinlərə çoxlu qızıl hədiyyə vermək lazımdır. Onlar da qaynanalardan bu hədiyyəni, sözün əsl mənasında qazanmağı bacarmalıdırlar. İstəyirəm ki, gəlin mənim üçün əldən, ayaqdan getsin. Gülərüz olsun, istəyirəm, məni hər zaman yaxşı qarşılasın” sözlərini dilə gətirib.  

Verilişin gedişatında Günayın “Neçə vaxtdır oğlunuz gəlininizlə nişanlıdır?” sualına Xatunun cavabı belə olub: 

“Onlar beş ildir bir-birini sevirlər. İkisi bir yerdə təhsil alıblar. Keçən il martda “Hə” mərasimi oldu.  Adil “Bakı Dövlət Universiteti”nin “Kompüter elmləri : Kibernetika”, gəlinim isə eyni universitetin “İnformatika” fakültəsində oxuyub”. 
Qeyd edək ki, Xatun Əliyevanın bu gün paytaxt restoranların birində keçiriləcək oğlu Adil və gəlini Gülnarın toyunda şou-biznesin bir çox məşhur simaları iştirak edəcək. 

Rəşad Əliyev, Bizim.Media
 




 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO