Rza Zərrabdan Hadisəyə: “Məni də bitirdin, özünü də”

Rza Zərrabdan Hadisəyə: “Məni də bitirdin, özünü də”

Hazırda oxunan: Rza Zərrabdan Hadisəyə: “Məni də bitirdin, özünü də”

105883

Cənubi azərbaycanlı iş adamı Rza Zərrabın türkiyəli müğənni Ebru Gündeşlə evli olduğu müddətdə pop ulduz Hadisə ilə də eşq yaşaması iddia edilib.  

Bizim.Media xəbər verir ki, Hadisə ilə ABŞ-da olan Rzanın “whatsapp”da sevgi məsələlərini müzakirə etdikləri deyilib.  

Sözügedən yazışmalarda Rzanın Hadisəyə “Məni də bitirdin, özünü də” yazmağı ortalığa çıxıb.

Müğənni keçmiş milyonçu sevgilisinə  “Səninlə yaşadıqlarıma görə, əsla peşman deyiləm.

Kaanı razı salmaq üçün etdim. Günahkar göstərildim və bunu etmək məcburiyyətində qaldım.

Xahiş edirəm, üstümə gəlmə” deyə cavab verib.  

Həmçinin, məhkəməyə verilən sənədlər arasında Hadisə ilə Rzanın ABŞ-da dəniz sahilində əl-ələ gəzərkən çəkilən fotonun da olması iddia edilib. 

Qeyd edək ki, iki il əvvəl Hadisənin R.Zarrabla eşq yaşadığı iddia olunub. 

Hətta müğənninin keçmiş sevgilisi aktyor Kaan Yıldırımın bu məsələni öyrəndikdən sonra münasibətlərinə son qoyduğu deyilib. Bu ərəfədə Rza müğənni Ebru Gündeşdən yeni boşanmışdı. Yaşananların ardından, Ebru ilə birlikdə münsif kürsüsündə əyləşən Hadisə “O səs Türkiyə”dən ayrılmışdı. Aylar sonra apreldə iş adamı Mehmet Dinçerlerlə evlənən Hadisə 5 aydan sonra 5 dəqiqə ərzində ailə həyatına son qoyub.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO