“Ailə qurduqdan sonra evə ərzağı həyat yoldaşım Ziya alır. Amma Ziya olmayanda (Həyat yoldaşı Ziya xərçəngdən müalicə almaq üçün Türkiyəyə yollanıb – red.) mağazaya ərzaq almaq üçün gedəndə satıcılar, qonşularım kömək edirdilər. Amma şükürlər olsun ki, həyat yoldaşım qayıtdı gəldi. İndi yenə ərzaq almaq üçün özü gedir”.
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova qonaq olduğu “Günün sədası” verilişində deyib.
Sənətçi bildirib ki, yaxşı yağ almağı həyat yoldaşından öyrənib.
“İndiyə kimi evə ət heç zaman almamışam. Amma satılan yağın yaxşı və ya pis olmağını həyat yoldaşımdan öyrənmişəm”, - deyə G.Məmmədova bildirib.
Qeyd edək ki, Gülyanaq-Ziya cütlüyünün iki oğlu, bir qız övladı var.
Rəşad Əliyev, Bizim.Media