Xalq artisti Emin Jasminlə DUET OXUDU - VİDEO 

Xalq artisti Emin Jasminlə DUET OXUDU - VİDEO 

Hazırda oxunan: Xalq artisti Emin Jasminlə DUET OXUDU - VİDEO 

105161

Xalq artisti Emin Ağalarov və "Jasmin" ləqəbi ilə Rusiya şou-biznesində məşhurlaşan müğənni Sara Manahimova yeni layihələrini təqdim ediblər.

Bizim.Media xəbər verir ki, sənətçilər musiqisi Andrey Slonçinskiyə, sözləri isə Marqarita Doroşeviçə məxsus "Отражения" (“Əksolunma”) adlı duetlərini ekranlaşıdırıblar.

Jasminlə işbirliyindən danışan Emin "Çox istedadlı ifaçıdır. Mənə elə gəlir ki, duetimiz harmonik alınıb. Sözügedən nəğmə lirika və payız əhvalı ilə doludur. Ümid edirik ki, o, dinləyicilərin xoşuna gələcək" sözlərini dilə gətirib.

Klip artıq Emin Ağalarovun rəsmi "YouTube" kanalında izləyicilərin ixtiyarına verilib. Həmçinin, bəstə bir çox musiqi platformalarında yayımdadır.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO