Cavanşir Əməkdar artistin xəyanət etməsini üzə çıxardı, efirdə DAVA DÜŞDÜ – VİDEO

Cavanşir Əməkdar artistin xəyanət etməsini üzə çıxardı, efirdə DAVA DÜŞDÜ – VİDEO

Hazırda oxunan: Cavanşir Əməkdar artistin xəyanət etməsini üzə çıxardı, efirdə DAVA DÜŞDÜ – VİDEO

105088

Əməkdar artist Cavanşir Məmmədov açıqlaması ilə gündəmə səs salıb. 

Bizim.Media xəbər verir ki, sənətkar qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində adını gizli saxladığı 94 yaşlı Əməkdar artistin şəxsi həyatı ilə bağlı qalmaqallı açıqlama verib. 

C.Məmmədov tarzənin illər əvvəl həyat yoldaşına xəyanət edərək, başqa xanımla eşq yaşadığını bildirib. 

“Həmin Əməkdar artistin 94 yaşı var. O, tar ifaçısıdır. Soruşdum ki, sevgilin olub? Cavab verdi ki, olub. Deyirdi ki, xanımın yoldaşı rəhmətə getmişdi, “Pasaj” bazarında tanış olduq. Soruşuram ki, necə görüşürdünüz? Deyirdi ki, ailəli idim, bir-birimizi sevirdik, ancaq evə zəng vura bilməzdi. Bir-birimizi sevirdik, “Pasaj” bazarının yanında bir məktəb var idi. Gəlirdim, orada divara qələmlə yazırdım ki, gələn həftə filan yerdə görüşürük. Hər adam ağıllı sevgi ilə sevə bilmir. Ağıllı sevgidir ki, xanımına bildirməyib”, - deyə C.Məmmədov bu münasibətə bəraət qazandırmağa çalışıb. 

C.Məmmədovun bu sözləri verilişin aparıcısı Elgiz Əkbəri özündən çıxarıb. O, sənətkarın fikirlərinə etiraz edərək, məsələyə bu cür münasibət bildirib: 

“Ayıbdır, abırsızlar... Yaşından utanmırsan, həyat yoldaşı olan kişi ilə görüşürsən. Yaşından utansın. Onların belə sevgisi başlarına dəysin. 60 yaşında kişini 50 yaşlı qadın göz-qaş edib yoldan çıxarıb. Bu, tərbiyəsizlikdir”.

Rəşad Əliyev, Bizim.Media
 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO