Gözündən əməliyyat olunan Nüşabə Ələsgərlinin VƏZİYYƏTİ NECƏDİR? – ÖZƏL

Gözündən əməliyyat olunan Nüşabə Ələsgərlinin VƏZİYYƏTİ NECƏDİR? – ÖZƏL

Hazırda oxunan: Gözündən əməliyyat olunan Nüşabə Ələsgərlinin VƏZİYYƏTİ NECƏDİR? – ÖZƏL

104877

Xəbər verdiyimiz kimi, iki gün əvvəl Əməkdar artist Nüşabə Ələsgərli gözündən əməliyyat olunub.

Bizim.Media-nın əməkdaşı sənətçinin sağlamlıq vəziyyəti ilə maraqlanıb.

O, açıqlamasında gələn həftə də digər gözündən əməliyyat keçirəcəyini bildirib:

“Gözümü mütəxəssisə və peşəkar həkimə həvalə etdiyim üçün şükürlər olsun ki, əməliyyatım uğurlu keçdi.  Çox yüngül bir əməliyyat idi. Peşəkar həkim olmasa adamı kor da edər. Özümü yaxşı hiss edirəm. Allah izin verərsə, gələn həftə digər gözümü də əməliyyat edəcəklər. Gözümdə problem yox idi. Yaxını görə bilmirdim. Bunun üçün isə eynəkdən istifadə edirdim. Bu problemim də əməliyyat olunaraq aradan qaldırılacaq”.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO