"Heç vaxt deməmişəm ki, oğluma müğənni qız almaram"

Hazırda oxunan: "Heç vaxt deməmişəm ki, oğluma müğənni qız almaram"

10461

"Haqsızlıqlarla üzləşdim, televiziyalardan uzaqlaşdım. Susdum, bilirsiz niyə? Mənə deyirdilər, niyə susursan, özünü müdafiə etmirsən? Nədən, kimdən, hansı qorxacaq işimdən özümü müdafiə edim? Mənəvi əziyyətim maddi əziyyətdən çox oldu".

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva "MTV özəl"də qonaq olarkən deyib. Müğənni efirlərdən uzaq qalmasından bəhs edib.

 

MÖVZU İLƏ BAĞLI:

Aygündən Röya ilə bağlı açıqlama: "Yaşda ondan böyüyəm"


Dostəliyeva övladlarından danışıb. İfaçı bir müddət əvvəl açıqladığı "Oğluma müğənni qız almaram" fikrini təkzib edib:

"Bəlkə bu sözü övladlarım subay olanda demişəm, düzdür yadıma gəlmir. Amma fakt varsa, demək ağzımdan çıxıb. Övladlarım evlənmək istəyəndə, seçimlərinə qarışmamışam. Demişəm, seçdikləri qıza baxıb, bir də sınaqdan keçirəcəm. Görüm necə övlad böyütmüşəm: yaxşı, ya pis".

"Heç demərəm ki, oğluma müğənni qız almaram. Məndən sonra da bu sözü dedilər, yaxşı qarşılanmadı. Özüm müğənniyəm, mənimlə heç kim evlənə bilməz? Bu nə deməkdir? Hansı sənətin sahibi olursa olsun tərbiyəsi, əxlaqı, mənəviyyatı olsun. Belə gəlin hansı ocağa düşsə, o ev xoşbəxtdir. Hətta oğlum Əkbərin təkidi ilə sənətə gəlmişəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO