“İdman sahəsi mənim üçün sonlanır. Bu da yaşla əlaqədardır”.
Bizim.Media xəbər verir ki, bu sözləri 6 qat Dünya çempionu, “Kobra” ləqəbli Pərviz Abdullayev qonaq olduğu “Görüş yeri” verilişində deyib.
İdman karyerasını sonlandırmağa hazırlaşdığını bildirən idmançı özünü başqa səhədə sınamaq istədiyini açıqlayıb.
“Hazırda 36 yaşım var, 37 olacaq. İdmançının sona doğru getdiyi yaşlar var. 2016-cı ildən sonra uduzmamışam, ancaq qalib gəlmişəm, böyük yarışları qazanmışam. Yəqin ki, son bir-iki akkord qalıb, sonra idmandan getmək lazımdır. Çünki hər şeydən zamanında getmək gözəldir. Qarşıma həmişə hədəf qoymuşam. Demək olar ki, bütün məqsədlərimə çatmışam. İndiki hədəf başqadır, fərqli sferada olmaq istəyirəm”.
Qeyd edək ki, P.Abdullayevin iki oğlan övladı var.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
09:17 / 15.11.2022
Pərviz Abdullayev karyerasını sonlandırır - VİDEO
Hazırda oxunan: Pərviz Abdullayev karyerasını sonlandırır - VİDEO
Hazırda oxunan: Pərviz Abdullayev karyerasını sonlandırır - VİDEO
104378
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.