Xəstəxanaya yerləşdirilən Toppuş bacının VƏZİYYƏTİ necədir? - ÖZƏL

Xəstəxanaya yerləşdirilən Toppuş bacının VƏZİYYƏTİ necədir? - ÖZƏL

Hazırda oxunan: Xəstəxanaya yerləşdirilən Toppuş bacının VƏZİYYƏTİ necədir? - ÖZƏL

104226

“Bu vəziyyətdə özümü necə hiss edə bilərəm ki? Buna da min şükür. Səhər saatlarında müayinədən keçdim. Daxili orqanlarımın müayinəsi oldu. Bir azdan kompüter tomoqrafiyasından keçəcəyəm. Bundan sonra həkimlər hansısa məlumat verə biləcəklər”. 

Bu sözləri bir neçə gün əvvək beynində bədxasisəli şiş aşkarlanan “Toppuş bacı” ləqəbi ilə məşhurlaşan Əməkdar artist Tünzalə Əliyeva Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib. 

Son aylar iştahasının olmamasını və az qida qəbul etdiyini söyləyək aktrisa sənət yoldaşlarının onunla tez-tez əlaqə yaratdığını bildirib. 

“Bir çox sənət dostlarım zəng vurub, səhhətimlə maraqlanırlar. Onlara sizin redaksiyanız vasitəsi ilə təşəkkürümü bildirirəm. İkinci gün aparıcı Zaur Baxşəliyev məni “Bizimləsən” verilişinə dəvət edib. Amma bilmirəm gedə biləcəyəm, ya yox. Müğənni Rəqsanə İsmayılova hazırda Bakıdadır. O, bu gün saat 17:00 üçün yanıma gələcəyini söyləyib”. 
Qeyd edək ki, uzun müddətdir xərçənglə mübarizə aparan T.Əliyeva redaksiyamızın əməkdaşı ilə söhbətində əlliyə yaxın kimyaterapiya aldığını açıqlayıb. Belə ki, o, ağır xəstəliyin metastaz verərək daxili orqanlarına yayıldığını bildirib. 

Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO