"Zaurla Günaydın" səhər şousu müğənni Niyam Salaminin Masallıda yaşayan oğlunu üzə çıxarıb.
Bizim.Media xəbər verir ki, verilişin aparıcıları canl efirdə sənətçinin övladına video ilə zəng edərək, onunla danışıblar.
Yeddinci sinifdə oxuyan, 12 yaşlı İsmayıla proqramın aparıcı Günay Baxşəliyeva telefonda sorğu-suala tutub.
Günay "Niyam sonuncu dəfə sənə nə alıb?" sualına İsmayıl "200 manat pul göndərib. O pula evə ərzaq aldım" cavabını verib.
Verilişin gedişatında Niyam İsmayılın onun övladı yox, qardaşının oğlu olduğunu söyləyib. Lakin verilişin aparıcı Zaur Baxşəliyev Niyamın yalan danışdığını və İsmayılın onun öz övladının olduğunu söyləyib.
Rəşad Əliyev, Bizim.Media