Vəfa qalmaqal yaşadığı Şəbnəmdən DANIŞDI: “Onunla rəfiqə olmamışıq” – VİDEO

Vəfa qalmaqal yaşadığı Şəbnəmdən DANIŞDI: “Onunla rəfiqə olmamışıq” – VİDEO

Hazırda oxunan: Vəfa qalmaqal yaşadığı Şəbnəmdən DANIŞDI: “Onunla rəfiqə olmamışıq” – VİDEO

103917

Müğənni Vəfa Şərifova illərdir “qanlı bıçaq” olduğu həmkarı Şəbnəm Tovuzludan söz açıb.

Bizim.Media xəbər verir ki, sənətçi “MTV maqazin” verilişinə müsahibəsində qarşı tərəfdən incikliyini gizlətməyib.

Vəfa bildirib ki, onların arasına “zəhər toxum”unu ətraflarında olan şəxslər səpib. 

“Şəbnəmlə aramızda böyük problemimiz olmayıb. Nə yaşamışıqsa, hamının gözü önündə olub. Sualdan sual, sözdən söz yaranıb və bu məsələlər böyüyüb. Kənardan olan şəxslər bir-birimizdən söz alıb, söz gətirirdilər. Bu cür olan halda aramızda problemlər böyüdü. Hər adamdan küsən insan deyiləm. Küsəndə də elə küsürəm ki, sonra da küsdüyümü unuduram. Amma elə məsələlər də var ki, insan yaşananları unuda bilmir. Həyatı zərbələr vurur. Çünki övladlarım var. Haqqımda elə sözlər və şayiələr çıxıb ki, övladlarım böyüyəndə onlara bunlar təsir edəcək. Elə şeylər var ki, onları bağışlamaq olmur”. 

“Şəbnəm qızı Günelin toyuna dəvət etsə, məclisə gedəcəksiniz?” sualına isə V.Şərifova belə reaksiya verib: 

“Şəbnəmlə heç zaman rəfiqə olmamışıq. Onunla sadəcə məclislərdə görüşmüşük. Övladına kiçik toy etmişdi. Ora gedə bilməmişdim. Sonradan oğlu Əlini təbrik etmək üçün onun evinə getmişəm. Qızı Günelin toyuna getməsəm də hədiyyəni göndərərəm. Bəlkə gedərəm, bəlkə də yox”. 

Qeyd edək ki, Vəfa Şərifova illər əvvəl Şəbnəm Tovuzlu ilə böyük qalmaqal yaşayıb. İki xanım sənətçi arasındakı qalmaqala səbəb adı mətbuatda hallanan Famil Xəlilov adlı iş adamıdır. Belə ki, Famil illər öncə Ş.Tovuzlu ilə vətəndaş nikahında yaşayıb və sonradan münasibətlər gərginləşdiyindən onlar ayrılıblar.
Bir müddət sonra isə Famil Ş.Tovuzlunun həmkarı Vəfa Şərifova ilə münasibətə başlayıb və onunla ailə həyatı qurub. Bir neçə ay əvvəl isə cütlüyün bu nikahından oğlu dünyaya gəlib. Vəfanın Məryəm adında bir qızı da var. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO