“Televiziyanı, jurnalistikanı o qədər sevdim ki, həyatıma ikinci bir sevgilinin daxil olmasına icazə verə bilmədim”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü Telli Pənahqızı qonaq olduğu “Açıq söhbət” verilişində deyib.
68 yaşlı AzTV-nin keçmiş teleaparıcısı narazı olduğu məsələlərdən söz açıb.
“Bütün həyatım boyu sözümün qədrini bilməyə və çəkisini artırmağa çalışdım. Sözümə dəyər verənlərin nə qədər olduğu haqqında düşündüm. Çünki dediyim sözün heç birini havayı demədim. Nə söylədimsə ürəkdən dedim.
Nə dedimsə sevgi ilə dedim. Nə dedimsə bu xalqın, millətin və dövlətin xeyrinə dedim. Bəzən bu gün də bəzi məsələlərə narazılığımı bildirirəm. Deyirlər ki, nə oldu axı yenə. Söyləyirəm ki, elə deyil. Mən deməsəm, sən deməsən, bir başqası deməsə, nə olacaq bu dilin, yazıların axırı?”, - deyə T.Pənahqızı bildirib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
13:22 / 08.11.2022
Telli Pənahqızı: “Həyatıma ikinci sevgilinin daxil olmasına icazə vermədim” – VİDEO
Hazırda oxunan: Telli Pənahqızı: “Həyatıma ikinci sevgilinin daxil olmasına icazə vermədim” – VİDEO
Hazırda oxunan: Telli Pənahqızı: “Həyatıma ikinci sevgilinin daxil olmasına icazə vermədim” – VİDEO
103312
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.