Müğənni Şəbnəm Tovuzlunun qızı Günelin elçiliyi olub.
Bizim.Media xəbər verir ki, bununla bağlı sənətçi sosial şəbəkə hesabında məlumat verib.
Övladının “Hə” mərasiminə hazırlıq prosesi zamanı çəkdiyi foto və videoları izləyiciləri ilə bölüşən Şəbnəm “Günelin bibisi xoş gəldin. Allah bütün balaları xoşbəxt eləsin” sözlərini yazıb.
Qeyd edək ki, Günel Şəbnəm Tovuzlunun ilk nikahından doğulan övladıdır. Müğənni daha əvvəl verilişlərin birində yaxın aylarda qızının toyu olacağı ilə bağlı açıqlama vermişdi.
Rəşad Əliyev, Bizim.Media



