13 il ailə qurub Türkiyəyə köçən müğənni İradə İbrahimova paylaşımı və yazdığı postu ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, sənətçi ağ rəngli pencəyi tərs şəkildə geyinib, kürək hissəsinə böyük ölçülü güllərlə bəzəyərək obyektiv qarşısına keçib.
Qeyri adi imicini isə İradə sadə vizaj və dalğavarı saç düzümü ilə tamamlayıb.
Sözügedən obrazda çəkilən fotosunu sosial şəbəkə hesabında yayımlayan müğənni "Ürəyimizlə etdiyimiz hər şey bizə geri qayıtsın. Ürəyimizdən keçirdiklərimiz yollarımıza çıxsın" şərhini yazıb.
Qeyd edək ki, müğənni İradə İbrahimova 2009-cu ildə əslən azərbaycanlı olan türk vətəndaşı, iş adamı Ceyhun İzərlə ailə həyatı qurub.
Cütlüyün 2010-cu ildə İpək adlı qız övladları dünyaya gəlib. 2015-ci ildə isə sənətçi ikinci dəfə ana olub və Əli adlı oğlan övladını dünyaya gətirib. Hazırda isə İradə İbrahimova ailəsi ilə birlikdə Türkiyənin İstanbul şəhərində yaşayır.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
13:44 / 06.11.2022
İradə İbrahimova fərqli GÖRÜNÜŞDƏ - FOTO
Hazırda oxunan: İradə İbrahimova fərqli GÖRÜNÜŞDƏ - FOTO
Hazırda oxunan: İradə İbrahimova fərqli GÖRÜNÜŞDƏ - FOTO
103076
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.