Nailə İslamzadənin möhtəşəm mənzilindən GÖRÜNTÜLƏR - VİDEO

Nailə İslamzadənin möhtəşəm mənzilindən GÖRÜNTÜLƏR - VİDEO

Hazırda oxunan: Nailə İslamzadənin möhtəşəm mənzilindən GÖRÜNTÜLƏR - VİDEO

103064

"Zaurla Günaydın" səhər şousunun çəkiliş heyəti, verilişin aparıcısı Zaur Baxşəliyevlə birlikdə teleaparıcı Nailə İslamzadənin mərkəzdə yerləşən evinə yollanıb.

Bizim.Media xəbər verir ki, bu gün Azərbaycan televiziyasının 66, radiosunun isə 96 yaşı tamam olması münasibəti ilə Zaur həmkarı Nailəni evində təbrik edib.

N.İslamzadə "Neftçilər" prospektində yerləşən mənzilindən söz açıb. Teleaparıcı bildirib ki, binanın bir hissəsi qaynatası İslam İslamzadə tərəfindən inşa olunub.

"Aşağıda olan iki mərtəbə Musa Nağıyevin olub. Sonradan tikilən 3-4 mərtəbələri isə o zamanlar "Xalq komisarları soveti"nin birinci müavini qaynatam İslam İslamzadənin zamanında inşa edilib və paylanılıb. Binanın bir  hissəsi Məşədi Əzizbəyovundur. Orada otaqların sayı çoxdur. Amma qaynatam təmiz insan olduğundan bir hissəsini götürdü, digər hissəsini isə başqa insanlara verdi.  Yəni bildirib ki, böyük ailəm yoxdur. Bu qədər otaq sayı mənə bəsdir. O dövrün insanlarının gözü və könlü tox olub. Əslində evim balaca deyil", - deyə N.İslamzadə dilə gətirib.

Mənzilindən şəhərə açılan möhtəşəm görüntüdən həzz aldığını və gününün əksər vaxtını eyvanda keçirdiyini söyləyən Nailə övladlarından da söz açıb. 

"Oğlum evləndi. Bundan sonra isə o, həyat yoldaşı ilə birlikdə Azərbaycanda xaricə köçdü", - deyə teleaparıcı bildirib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO