"Pişik" Günel ərindən AYRILDI 

Hazırda oxunan: "Pişik" Günel ərindən AYRILDI 

102929

"Biz dini nikah kəsdirmişik. Qızım hallalıqla dünyaya gəlib. Qızımızın yanında olduğu müddətdə başımın tacıdır. Biz 12 ilə yaxındır ki, bir yerdəydik. Ona qarşı heç bir yanlışım olmayıb. Bəzi nüanslar var ki, mən də bağışlaya bilmərəm. Aramızda incikliklər var. Arada soyuqluq oldu". 

Bizim.Media xəbər verir ki, bu sözləri "Pişik" ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Günel Ələkbərova "MTV maqazin" verilişinə müsahibəsində deyib. 

Sənətçi bildirib ki, həyat yoldaşı ilə ayrılsa da, qızı Məryəmin atası ilə görüşməsini əngəlləməyəcək.

"O, mənim yanlış etməyəcəyimi bilir. Qızımın xoşbəxt olması üçün çalışıram, o da çox qayğıkeş, yaxşı atadır. Övladımın yanına gəlib-gedir, amma şəxsi münasibətimiz yoxdur. Biz qızımız üçün bəzən bir araya gəlirik. İki mədəni insan kimi ayrılıq qərarı almışıq. Növbəti dəfə ailə qurmağı düşünmürəm, mən qız anasıyam. İstəmərəm, mümkünsüzdür. Mən ögey ata ilə böyümüşəm, istəmərəm ki, qızımın da ögey atası olsun”, - deyə Günel bildirib.

Qeyd edək ki, ötən günlərdə "Elgizlə izlə" ictimai-sosial verilişində qonaq olan Günel Ələkbərova üç dəfə boşanıb, dördüncü dəfə ailə qurduğunu açıqlamışdır. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO