“47 yaşım var. Həyat götürdüyünü götürür, alır bizdən. Cavan qalmağımın sirri təbii məhsullarla qidalanmağımdır”.
Bizim.Media xəbər verir ki, bu sözləri skripkaçı Ceyhun İsmayılov qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib.
Sağlam həyat tərzi sürdüyünü söyləyən sənətçi bildirib ki, cavan qalmasının sirri təbii məhsullarla qidalanmasıdır.
“İdman edirəm, evimin bağında çalışıram. Marketdə satılan məhsullardan uzağam. Bir çolpanı almaq üçün 50 kilometr yol gedirəm. Dostlarım deyir ki, evinin yanında market var, toyuğu oradan al. Göyərtini almaq üçün isə 10 kilometr qət edib, bir xanımın həyətindən alıram.
Məhsullar təbii və təmiz olur”, - deyə Ceyhun bildirib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
10:45 / 04.11.2022
Skripkaçı Ceyhun: “Bir çolpanı almaq üçün 50 km yol gedirəm” - VİDEO
Hazırda oxunan: Skripkaçı Ceyhun: “Bir çolpanı almaq üçün 50 km yol gedirəm” - VİDEO
Hazırda oxunan: Skripkaçı Ceyhun: “Bir çolpanı almaq üçün 50 km yol gedirəm” - VİDEO
102770
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.