İrina Şeyk moda gecəsinə alt paltarında çıxdı – FOTO

İrina Şeyk moda gecəsinə alt paltarında çıxdı – FOTO

Hazırda oxunan: İrina Şeyk moda gecəsinə alt paltarında çıxdı – FOTO

102638

Dünya şöhrətli tatar əsilli rusiyalı supermodel İrina Şeyk görünüşü ilə təəccübləndirib.

Bizim.Media xəbər verir ki, dünya ulduzu Rihannanın alt-paltar markası "Fenty & Savage" dəb gecəsinə supermodel korset və şəffaf mini ətəkdə qatılıb. 

Transparan geyimdə diqqətləri üzərinə cəmləyən  Şeyk açıq-saçıq obrazı ilə səhnəyə çıxan modelləri kölgədə qoyub.

Moda dünyasında və ulduz dairələrində İrina Şeyk təkcə çılğın və dəlisov imici ilə deyil, eyni zamanda şəxsi həyatı ilə də dillərdən düşmür. Belə ki, supermodel keçmiş sevgilisi və ortaq qızı Leanın atası, Hollivud aktyoru Bredli Kuperin yanında görüntülənib.
İrina ya "Baham" adalarında dincəlir, şəkillər paylaşır, ya da Nyu-York küçələrində gəzərək, açıq havada vaxt keçirir. Lakin pərəstişkarları cütlüyü nə qədər fəal şəkildə bir araya gətirsələr də, hələlik ulduzların birləşməsi ilə bağlı rəsmi məlumat yoxdur.

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO