"Burnum boksa görə çox əyilmişdi. Burunumun ön hissəsində isə qığırdaq yox idi. Çəpər əyriliyi, artıq ət "balıq qulağı" deyirlər vardı. Naxçıvanda 1996-cı ildə blokada vaxtında məni əməliyyat otağında stola bağlayıb əməliyyat etdilər. Amma əməliyyat səhv olunub”.
Bu sözləri rejissor və aktyor Kənan Mahmudov Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.
Bir neçə həftə əvvəl "rinoplastika" əməliyyatı keçirən Kənan burnunda yaranan problemin digər orqanlarına da mənfi təsir göstərdiyi açıqlayıb:
"26 il əvvəl keçirdiyim səhv əməliyyatdan sonra məndə psixoloji qorxu qalıb. Əməliyyat etdirmək istəmirdim. Amma son zamanlar ürəyim zəyifləməyə başladı. Çünki oksigen çatışmazlığı əmələ gəldi. Əsəblərim belə korlanıb. Gözlərimdə zəyiflik əmələ gəlib. Bütün bunlara dözə bilmədim, qərara gəldim ki, əməliyyat etdirməliyəm. Getdim əməliyyat olundum. Burnumdan silikonları çıxaranda başa düşdüm ki, mən neçə il idi nəfəs almamışam".
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
20:07 / 31.10.2022
Kənan burun əməliyyatından DANIŞDI: "Anladım ki, neçə il idi nəfəs almamışam" – ÖZƏL
Hazırda oxunan: Kənan burun əməliyyatından DANIŞDI: "Anladım ki, neçə il idi nəfəs almamışam" – ÖZƏL
Hazırda oxunan: Kənan burun əməliyyatından DANIŞDI: "Anladım ki, neçə il idi nəfəs almamışam" – ÖZƏL
102121
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.