Mələkxanımla ekspromt dueti Alim səhnəyə çıxmadan oxudu - VİDEO

Mələkxanımla ekspromt dueti Alim səhnəyə çıxmadan oxudu - VİDEO

Hazırda oxunan: Mələkxanımla ekspromt dueti Alim səhnəyə çıxmadan oxudu - VİDEO

102004

Xalq artisti Mələkxanım Əyyubovanın “Muğam Mərkəzi”ndə canlı konserti baş tutub.  

Bizim.Media xəbər verir ki, avazı ilə onu seyr etməyə gələn tamaşaçıları özünə valeh edən xanəndənin musiqi gecəsində maraqlı anlar yaşanıb. 

Gecədə tamaşaçı qismində iştirak edən Xalq artisti Alim Qasımov səhnəyə çıxmadan sənətçi ilə duet oxuyub. 

Onlar birlikdə “Ah eylədiyim sərvi-xuramanın üçündür” nəğməsini ifa ediblər. 

Əyyubova Qasımovu səhnəyə dəvət etsə də, xanəndə onun bu istəyini ürəyində qoyub. 

Eksprom dueti isə Alim Qasımov sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Mələkxanım Əyyubova isə həmin görüntüləri öz səhifəsinə “repost” edib. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO