Günay İbrahimli: “İndi istəyirəm ki, gözəl ailəm olsun” - VİDEO

Günay İbrahimli: “İndi istəyirəm ki, gözəl ailəm olsun” - VİDEO

Hazırda oxunan: Günay İbrahimli: “İndi istəyirəm ki, gözəl ailəm olsun” - VİDEO

101995

“Artıq mən heç kimdən küsmürəm. Danışmadığım insanlar var. Bu bilirsiniz nədir? Bu küsmək deyil, artıq onları silmişəm. Yaxın bildiyin insanları isə həyatımdan çıxarıram, küsmürəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Günay İbrahimli qonaq olduğu “Özəl” verilişində deyib. 

Arxiv görüntülərinə baxmağı sevmədiyini söyləyən sənətçi bu mövzuda fikirlərini bu cür davam etdirib. 

“Keçmiş görüntülərimə baxmağı sevmirəm. Hansisa bir verilişdə qonağamsa, həmin proqramı televizordan baxmağı sevmirəm. Xoşuma gəlmir. Danışanda belə özümdə səhv tuturam.

Bilmirəm bu kompleksdir, yoxsa yox. Ümumiyyətlə çox danışmıram”. 

Bir neçə arzusunun reallaşdığını söyləyən İbrahimli yaxın gələcəkdə ailə quracağını açıqlayıb. 

“Bir çox arzularım var. Onlardan bir neçəsi reallaşıb. İndi isə istəyirəm ki, gözəl ailəm olsun.  O da olacaq. Karyeramın artıq müəyyən bir yerindəyəm. 15 ildir ki, professional səhnədəyəm. İkinci biznesimi də qurmuşam. Düşünürəm ki, hansısa sahədə olan insanın ikinci bir biznesi, gəlir yeri olmalıdır. Öz gələcəyi, uşaqlarının gələcəyi üçün yatırımlar etsin. Bünövrəni qurmaq çətindir. Qurandan sonra axar su kimi gedir”, - deyə Günay bildirib. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO