Elgiz ilə Xoşqədəm KÜSÜLÜDÜR? – VİDEO 

Elgiz ilə Xoşqədəm KÜSÜLÜDÜR? – VİDEO 

Hazırda oxunan: Elgiz ilə Xoşqədəm KÜSÜLÜDÜR? – VİDEO 

101816

Aparıcı Elgiz Əkbər həmkarı Xoşqədəm Hidayətqızı ilə küsülü olduqları ilə bağlı iddialara aydınlıq gətirib.

Bizim.Media xəbər verir ki, Elgiz "MTV maqazin" verilişinə müsahibəsində eyni kanalda ictimai-sosial proqram aparan Xoşqədəmin onun rəqibi olduğunu söyləyib.

"Hamı rəqibimdir. Məsələ ilə bağlı kimin birinci, kimin ikinci olmağı önəmli deyil. Hamıya uğurlar arzu edirəm. Nəinki Xoşqədəm xanımla, heç bir aparıcı ilə aramızda dava olmayıb. Mənim tərəfimdən qısqanclıq yoxdur. Xoşqədəm xanım özü də bilir ki, kanalda ona ilk uğur diləyən mən olmuşam"- deyə, Elgiz bildirib.

Qeyd edək ki, Elgiz Əkbər ARB televiziyasında "Elgizlə izlə", Xoşqədəm Hidayətqızı isə həmin kanalda "Səni axtarıram" ictimai-sosial verilişinin aparıcısıdır.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO