Aparıcı Zaur Baxşəliyev aldığı küllü miqdarda qonorardan danışıb.
Bizim.Media xəbər verir ki, Zaur həmkarı, həyat yoldaşı Günay Baxşəliyeva ilə aparıcısı olduğu “Zaurla Günaydın” səhər şousunda on il əvvəl aldıqları toyda aparıcılıq təklifinin qonorarıdan söz açıb.
Toylara getmədiyini deyən Baxşəliyev bildirib ki, mötəbər bir insanın toy məclisini idarə etmək üçün 50 min manat qonorar istəyib.
“Təklif gəldi. Biz isə söylədik ki, toy aparmırıq. Toy aparmağa pis baxdığımıza görə deyil, zamanımız az olduğuna görə təklifi geri çevirdik. Biz 7/24 çalışırıq. Elə bir rəqəm söylədim ki, eşidəndən sonra rədd cavabı versin. Rəqəmi eşidəndə dedi ki, “behi” nə zaman verək.
Günaya dedim ki, bu elə rəqəmdir ki, imtina edə bilmərəm. Rədd cavabı versəm, ağılsızlıq olar. İstədiyim qonorar isə 50 min manat idi. İlk və son toy oldu ki, ikimiz aparıcı kimi iştirak etdik. Amma adam bu məbləği verirsə, niyə görə getməyək?”, - deyə Zaur bildirib.
Qeyd edək ki, Zaur və Günay cütlüyünün Dilavər adında qız, Davud adında oğlan övladı var.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
13:36 / 29.10.2022
Zaur və Günay toya NEÇƏYƏ GEDİRLƏR? - ŞOK MƏBLƏĞ – VİDEO
Hazırda oxunan: Zaur və Günay toya NEÇƏYƏ GEDİRLƏR? - ŞOK MƏBLƏĞ – VİDEO
Hazırda oxunan: Zaur və Günay toya NEÇƏYƏ GEDİRLƏR? - ŞOK MƏBLƏĞ – VİDEO
101779
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.