46 yaşlı İzzət Bağırov: “Qocalsam da, görünüşümə əl gəzdirməmişəm” – VİDEO

46 yaşlı İzzət Bağırov: “Qocalsam da, görünüşümə əl gəzdirməmişəm” – VİDEO

Hazırda oxunan: 46 yaşlı İzzət Bağırov: “Qocalsam da, görünüşümə əl gəzdirməmişəm” – VİDEO

101596

“Qocalmışam. Köhnə fotolara və çəkilən videolara baxanda fərqi görürəm. Artıq 46 yaşım var. 32 ildir  səhnədəyəm. Bizi cavan saxlayan isə səhnədir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov qonaq olduğu “Həmin Zaur” axşam şousunda deyib.

Xarici görünüşünə əməliyyat vasitəsi ilə müdaxilə etmədiyini söyləyən sənətçi həmcinslərinin cavan qalması üçün üzlərinə botoks vurmasına qarşı çıxıb. 

“Xarici görkəmimə əl gəzdirməmişəm. Yəni, heç bir şey etməmişəm. Nə varsa, hamısı özümünküdür. Bir də görürsən ki, kimsə saç əkdirir. Ona etirazım yoxdur. Saç əkdirmək gözəl şeydir. Saç olamayanda və ya burun həddən artıq yekə olanda insan kompleksə düşür. Böyük, əyri burnu aradan qaldırmaq üçün plastik əməliyyat keçirirlər. Burada nə var ki? Amma kişilərin üzə botoks vurmasını qəbul etmirəm”

Qeyd edək ki, İzzət Bağırovun Əli, Mehdi və Rza adlı üç oğlu var. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO