Müğənni Hadisə İstinyedəki evinə gələrək onu narahat edən fanatını polisə şikayət edib.
Bizim.Media Türkiyə KİV-nə istinadən bildirir ki, o, bu haqda İstanbul Ailə Məhkəməsinə də şikayət ərizəsi verib.
Ərizədə qeyd edilib ki, Tarık adlı şəxs onun yaşadığı binanın mühafizəçisinə yaxınlaşaraq, hadisənin onu evinə dəvət etdiyini deyib.
Məsələni dəqiqləşdirən mühafizəçi yalanı ifaş edib.
Həmin şəxs binadan uzaqlaşdırılıb. Növbəti gün də hadisə təkrarlanıb. Bundan dərhal sonra sənətçi polisə müraciət edib.
Tarık isə müğənnidən sadəcə imza almağa gəldiyini bildirib. Məhkəmə həmin şəxsin 1 ay müddətinə Hadisəyə yaxınlaşmaması, əks halda 10 günə qədər həbs ediləcəyi haqqında qərar verilib.
Qeyd edək ki, bir müddət əvvəl Hadisəni Ümid adlı fanatı da narahat edirdi.
Bizim.Media
- A-
- A
- A+
Şoutaym
16:54 / 29.01.2021
Hadisə fanatını məhkəməyə verdi
Hazırda oxunan: Hadisə fanatını məhkəməyə verdi
Hazırda oxunan: Hadisə fanatını məhkəməyə verdi
10141
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.