Zahidə Günəş brilliantlarını hansı məşhurlara KİRAYƏ VERİB? - VİDEO

Zahidə Günəş brilliantlarını hansı məşhurlara KİRAYƏ VERİB? - VİDEO

Hazırda oxunan: Zahidə Günəş brilliantlarını hansı məşhurlara KİRAYƏ VERİB? - VİDEO

101393

Müğənni Zahidə Günəş zinət əşyalarını həmkarlarına kirayə verdiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Həmin Zaur” axşam şousunda deyib.

Verilişin aparıcısı Zaur Kamalın “Hansı müğənnilər zinət əşyalarınızı kirayə götürüb el şənliklərinə gedir, amma indi sizi görəndə “salam” vermir?” sualına Zahidə belə cavab verib:

“Brilliantlarım var. Arada onları istifadə edirəm. Kirayə vermirdim, sadəcə xoşları gəlirdi, mən də zinət əşyalarımı onlara verirdim. Həmkarlarım da onları verilişlərə, el şənliklərinə taxırdılar. O zamanlar mənim qədər məşhur deyildilər, amma indi çox məşhurdurlar. Zinət əşyalarımı taxan həmkarlarımın sayı üç deyil, beş deyil, çəkiləcək dərd deyil”.

Qeyd edək ki, bir müddət əvvəl “Elgizlə izlə” sosial-ictimai verilişində Z.Günəş ailəsindən danışarkən bunları demişdi:

"6 uşaq idik. Böyük qardaşım rəhmətə getdi. 5 uşaq qaldıq. Anam da dünyasını dəyişdi. Bacımın oğlu  rejissordur, o, mənə dedi ki, nənə özünü pis hiss edirdi, mənə bu çantanı verdi. Demişdi ki, Zahidə sonbeşiyimdir, bunu ona verərsən. Rayonda mülkümüz var idi, onun da açarını mənə verdilər. Anamdan mənə bir çanta brilliant, bir də ev qaldı".

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO