“1001 qızıl gülü ad günümə çox yaxın rəfiqəm gətirmişdi. Zamanında ona çox yaxşılıqlarım dəyib. O rəfiqəm doğum günlərimdə o cür hədiyyələr gətirir”.
Bizim.Media xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva qonaq olduğu “Səhər mərkəzi” verilişində deyib.
Daha sonra proqramda aktrisanın idman zalında peşəkarcasına döyüş fəndini yetirdiyi kadrlar yayımlanıb.
Onun bu məharəti isə qonaqlar tərəfindən heyrətlə qarşılanıb. Verilişdə qonaq olan “Pişik” ləqəbi ilə məşhurlaşan müğənni Günel Ələkbərova “Gözəl xanımlara hər kişi risk etmir evlilik təklifi etsin. Bu arada Pərvinə qısa saç çox yaraşıb” deyə Pərvini tərifləyib.
Abıyeva isə Ələkbərovanın bu sözlərinə “Bəylər riks edib, evlilik təklifləri etsinlər. Qorxmasınlar, işin yoxdur sənin onlarla” cavabını verib.
Proqramın aparıcısı Afaq Gəncəli isə “Pərvin yalnız çəkiliş üçün çıxır başa, belə isə işi yoxdur” deyib “Real həyatda da başa çıxırsan?” sualını Pərvinə ünvanlayıb.
O isə “Məcazi mənada “Hə”” söyləyib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
11:32 / 25.10.2022
Pərvin Abıyeva: "Tək döyüş səhnələrində deyil, real həyatda da başa çıxıram" - VİDEO
Hazırda oxunan: Pərvin Abıyeva: "Tək döyüş səhnələrində deyil, real həyatda da başa çıxıram" - VİDEO
Hazırda oxunan: Pərvin Abıyeva: "Tək döyüş səhnələrində deyil, real həyatda da başa çıxıram" - VİDEO
101023
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.