Xəbər verdiyimiz kimi, “Dədə” ləqəbi ilə incəsənət aləmində məşhurlaşan, Əməkdar artist Süleyman Abdullayev ötən gün 83 yaşında dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, Xalq artisti Gülyanaq Məmmədova xanəndənin ömrünün son günlərində çəkilmiş videosunu sosial şəbəkə hesabında paylaşıb.
Kadrlarda Gülyanaq “Dədə” Süleymanın əlindən tutaraq, onun üçün muğamdan bir parça zümzümə edib.
“Dədə” Süleyman vəfatından əvvəl çəkilən görüntüdə G.Məmmədovanın ünvanına təriflər səsləndirib.
Qeyd edək ki, bir neçə gün əvvəl S.Abdullayevin qızı Aygün atasının səhhətinin ağır olduğunu, şəkər xəstəliyindən və "qanqren"dən əziyyət çəkdiyini, eyni zamanda ürəyinin 30%-nin fəaliyyət göstərdiyini, ciyərlərinə isə su yığıldığını açıqlayıb.
Rəşad Əliyev, Bizim.Media