Mətanət İsgəndərli oğlunun boşanmasından DANIŞDI:

Mətanət İsgəndərli oğlunun boşanmasından DANIŞDI: "Bu, bir imtahan idi" - VİDEO

Hazırda oxunan: Mətanət İsgəndərli oğlunun boşanmasından DANIŞDI: "Bu, bir imtahan idi" - VİDEO

100804

“İnsanlara inandığıma görə çox əziyyətlərlə üzləşmişəm. Başım çox çəkib. Ana övladlarını qorumalıdır, çünki ana bir mələkdir. Ürəyimin təmizliyindən elə olub ki, övladım da əziyyət çəkib”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanə İsgəndərli qonaq olduğu “Axşam havası” verilişində deyib. 

Oğlu Kərimin boşanmasından söz açan sənətçi başlarına gələn hadisənin Allahın imtahanı kimi qələmə verib.  

“Bizim keçdiklərimiz bir imtahan idi (oğlu Kərimin həyat yoldaşı Canana ilə qalmaqallı boşanması – red.). Oğluma deyirəm ki, bu, bizim imtahanımızdır. Allah bizi imtahana çəkir, yalvar ki, bu imtahandan biz alnıaçıq çıxaq.  Bizi bundan da çətin imtahana çəkməsin”, - deyə M.İsgəndərli deyib. 
Qeyd edək ki, M. İsgəndərlinin oğlu Kərim keçmiş həyat yoldaşı Canana ilə qalmaqallı şəkildə boşanıb. Keçmiş cütlüyün bu nikahdan olan 3 övladı isə hazırda atası ilə birgə yaşayır. Kərim ikinci dəfə ailə qurub və yenidən ata olmağa hazırlaşır.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO