Azərbaycanlı müğənni model arvadından BOŞANDI - FOTO 

Azərbaycanlı müğənni model arvadından BOŞANDI - FOTO 

Hazırda oxunan: Azərbaycanlı müğənni model arvadından BOŞANDI - FOTO 

100668

“Ptaxa” ləqəbi ilə Rusiya şou-biznesində məşhurlaşan azərbaycanlı repçi David Nuriyev boşanıb.

Bizim.Media "StarHit"ə istinadən xəbər verir ki, 41 yaşlı musiqiçi 32 yaşlı model Lana Reutovadan rəsmi şəkildə boşanıb.

Boşanma isə cütlüyün ikinci övladı dünyaya gəldikdən 6 ay sonra baş tutub. Belə ki, iyunun 16-da boşanma işi qeydə alınıb, oktyabrın 20-də isə məhkəmə cütlüyün nikahını ləğv edib.

Xatırladaq ki, apreldə - musiqiçinin qızı Siyan dünyaya gəldikdən üç ay sonra Lana çoxsaylı xəyanətlərinə görə "Ptaxa"dan ayrılmaq qərarına gəlib. Lakin model övladı ilə atasının ünsiyyətinə mane olmayacağını söyləyib.
Qeyd edək ki, bir müddət əvvəl sənətçinin 22 yaşlı qızı Nikol Nuriyeva atası tərəfindən sərt şəkildə döyüldüyünü açıqlayıb.

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO