Emili Ratakovski:

Emili Ratakovski: "Biri ilə görüşə getmək mənim üçün çətin idi" - FOTO 

Hazırda oxunan: Emili Ratakovski: "Biri ilə görüşə getmək mənim üçün çətin idi" - FOTO 

100511

Dünyaca məşhur amerikalı model Emili Ratakovski “Harper's Bazaar” dərgisinin növbəti buraxılışının üz qabığının siması olub.  

Bizim.Media xəbər verir ki, model ona xəyanət edən həyat yoldaşı Sebastian Bir-MkKlardla boşanmasından və yeni münasibətlərindən söz açıb.  

“Bütün bunların yeganə yaxşı tərəfi, bunları hiss etməyimdir, bu gözəldir, çünki bu, məni yaxşı olacağıma inandırır”, - deyə Emili qeyd edib.

Emili kişilərə münasibətinin dəyişdiyini söyləyib: 

“Biri ilə görüşə getmək və ondan xoşum gəlib-gəlmədiyim barədə düşünmək mənim üçün çətin idi. Mən onların məni necə qəbul etdiklərini, məndən nə istədiklərini və bunun mənim üçün nə demək olduğunu düşündüm”.  

Ratakovski tək olmadığını və DJ Orasio Rispo ilə görüşdüyünü etiraf edib.   

Qeyd edək ki, Emili Ratakovski ilə Sebastian Bir-MkKlard 2018-ci ildə üç aylıq tanışlıqdan sonra ailə qurublar. Cütlüyün keçən il oğlan övladı dünyaya gəlib. Bu ilin əvvəlində isə aşiqlər rəsmi şəkildə boşanıblar.  

Rəşad Əliyev, Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO