Şövkət Ələkbərovanın gəlini: “Qızının ilindən sonra o vəfat etdi” - VİDEO 

Şövkət Ələkbərovanın gəlini: “Qızının ilindən sonra o vəfat etdi” - VİDEO 

Hazırda oxunan: Şövkət Ələkbərovanın gəlini: “Qızının ilindən sonra o vəfat etdi” - VİDEO 

100417

“Yaşadığımız bu ev kinorejissor Lətif Səfərovundur. Şövkət xanıma deyəndə ki, nəyə görə istəmirsən ki, sənə ev versinlər. O da hər zaman deyərdi ki, evim var və bu mənim evimdir. Bu ev çox maraqlıdır. Təsəvvür edin bu binada Tofiq Quliyev, Cahangir Cahangirov kimi dahilər yaşayır”.  

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Şövkət Ələkbərovanın gəlini musiqişunas Gülarə Səfərova “ATV səhər”in “Özündən sonra” rubrikasında deyib.  

Gəlini bu günlərdə 100 yaşını qeyd edən mərhum sənətkarla bağlı xatirələrini dilə gətirib. O bildirib ki, Şövkət Ələkbərovanın istəyi ilə dünyaya gələn qızlarına onun adını veriblər:

“Yadıma gəlir ki, Şövkət xanım bir dəfə mənə söylədi ki, bizə Bəxtiyar Vahabzadə gələcək. Onun yanında rus dilində danışma. Mən də rus bölməsini bitirmişəm. Ona rus dilində danışmayacağıma söz verdim.

Şövkət xanım qız uşaqlarını çox sevirdi və istəyirdi ki, onun qız nəvələri olsun. Qızım dünyaya gələndə Şövkət xanım söylədi ki, nəvəmə adımı verin. Dedi ki, adım çox gözəldir və tərcüməsi gözəllik, şan-şöhrətdir. Onun arzusu olduğundan elə qızıma onun adını verdim. Şövkət xanım söylədi ki, bu ad nəvəmin üzünə çox qapıları açacaq. Elə də oldu”. 

Gülarənin sözlərinə görə, müğənni qızının qəfil vəfatı ilə barışa bilməyib və bir müddət sonra o da əbədi gözlərini yumub: 

“Şövkət xanımın qızı Natellanın dünyadan köçməsi bizim üçün çox ağır gün oldu. Onun vəfatı ilə hələ də barışa bilmirəm. O əsl dost idi. Ona baldız kimi baxmırdım. Natellaya çox bağlı idim.

Onun itkisi ailəmiz üçün çox böyük zərbə oldu. Natellanın ölüm günü Şövkət xanım məhv oldu. Bala dərdi çox böyük dərddir. O qızının dünyadan köçməsinə dözə bilmədi. Şövkət xanımın bir sözü vardı ki, heçnə istəmirəm balamın balasını görüb, Natellanın ilini keçirim. Belə də oldu. Qızım anadan oldu, Natellanın ili gəldi və iki həftədən sonra Şövkət xanım vəfat etdi”.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO