Əməkdar artist Lalə Məmmədovanın 180 dərəcədə imic dəyişimi ətrafında söz-söhbət “acı bağırsaq” kimi uzandıqca-uzanır.
Bizim.Media xəbər verir ki, sənətçinin məclislərin birinə hazırlıqdan sonra gözəllik salonunun güzgüsü önündə çəkdirdiyi fotolar sosial şəbəkə əhli tərəfindən “eninə-uzunluğuna” müzakirə olunub.
Lalənin “Instagram” hesabında paylaşdığı şəkillərə izləyicilər şərhləri ilə hücüm çəkiblər.
Onlar Əməkdar artistin imic dəyişiminə ağız büzüblər.
“Bu üz görünüşündən necə razı qala bilər insan?”, “Burnu çox uğursuz alınıb. Yaraşmır. Süni görsənir”, “Lalə özünü Mayk Ceksona oxşadır. Burun quruluşu sanki gordan gəlib” şərhlərlə Laləni tənqid ediblər.
L.Məmmədova isə yazılanlara əhəmiyyət verməyib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
10:25 / 20.10.2022
Laləni indi də Maykl Ceksona oxşatdılar – FOTO
Hazırda oxunan: Laləni indi də Maykl Ceksona oxşatdılar – FOTO
Hazırda oxunan: Laləni indi də Maykl Ceksona oxşatdılar – FOTO
100247
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.