Salaməleykum! Həqiri-bəndənizinxa0 bu il martın 31-də təqdim etdiyi “Rüşvətxor və korrupsionerlər də 31 Mart soyqırımçılarının davamçılarıdır...” başlıqlı yazısı bir sıra oxucuların ürəyindən xəbər verib. Hətta dövlət orqanında çalışanxa0 mötəbərxa0 şəxslər də telefon açaraq həmin köşədə toxunulan məsələlərin müzakirəsini davam etdirməyi məsləhət görüblər...
Kimsə deyə bilər ki, əşşi, sən kimsən e,xa0 dövlət rəhbərliyinə məsləhət görürsən, ağıllı çıxmısan... Qoy belə sualları verəcək şəxslər özləri öncədən yaxşı düşünsünlər; Azərbaycan prezidenti dəfələrlə vurğulayır ki, ölkəmizdə demokratiyadır, vicdan, əqidə azadlığıdır, hər kəs fikirlərini açıq şəkildə ifadə edə bilər. Bu sətirlərin müəllifi də bu ölkənin ərazi bütövlüyünü, müstəqilliyini, sabitliyini, firəvanlığını, gələcək inkişafını arzulayan bir vətəndaşı olaraq yaradılmış şəraitdən yararlanıb mülahizə və təkliflərinixa0 ortalığa qoyur. İkincisi də, Prezidentxa0 öz çıxışlarında mütəmadi olaraqxa0 vətəndaşlardan korrupsiyaya, məmur özbaşınalığına qarşı mübarizədə ona dəstək olmağı xahiş edir. İndiki şəraitdə Vətəndaşın Prezidentə dəstək olmasına maneçiliyi isə yalnız korrupsiya şəbəkəsinin üzvü olanlar edə bilər...

Xülasə, yadınızdadırsa, sözügedən yazıda söhbət əsasən rüşvətxorluq, dələduzluq mərəzindən, xalqımızın bu kimi bəlalara necə yoluxmasını araşdırmaqdan ötrü MİLLİ GENOFOND İNSTİTUTUNUN yaradılmasından gedirdi... Milli genefondumuza, soykökümüzə ötən əsrlərdən bəri imperiyaların, terrorçu-separatçı ermənilərin vurduğu zərbələri, soyqırımlarını bu gün məhz korrpupsiya ilə məşğul olan məmurların davam etdirdiyi göstərilirdi...
Qeyd etdiyimiz kimi, hörmətli Prezident İlham Əliyev 2011-ci ildə korrupsiyaya qarşı mübarizə ili elan etmişdi.xa0 O zamandan həmin mübarizə çərçivəsindəxa0 mütəmadi həbslər başladı. Cəmi 4 il sonra korrupsiyaya, dələduzluğa, banditliyə qurşanmış bütöv bir nazirlik, özü də ölkənin təhlükəsizliyinə cavabdeh olan bir nazirliyin başında duranlar ifşa edildi. Onlarınxa0 məhkəmə serialları hələ də davam edir. Həmin nazirliyinxa0 güdazına gedən başqa nazirlər və yüksək vəzifəlilər də vəzifədən çıxarıldı, həbs edildi.xa0 Və s. və i.a.xa0xa0
İşdən azadetmə və həbs kimi cəza tədbirləri ilə yanaşı, 2012-ci ildən paytaxt və bölgələrdə ölkədəki korrupsiya və rüşvətxorluq şəbəkəsinə böyük zərbə vurduğu söylənilən ASAN xidmətlər sistemi qurulmağa başlandı. Vətəndaşların bir sıra məsələlərdə süründürməçilikdən, bürokratiyadan və ən əsası, rüşvətdən xeyli dərəcədə canı qurtardı...xa0
Ancaq gəlin görək,xa0 bu illər ərzindən bir xalq olaraq rüşvət və korrupsiya mərəzindən qurtulmuşuqmu? Olay və proseslərin müşahidə və təhlili göstərir ki, xeyr... Bunu nazirlik və icra başçılarınınxa0 təntənəlixa0 hesabat məruzələri, eləcə də əlaqədar qurumların verdiyi statistik rəqəmlərlə yox, sadə xalqın içərisində olub səmimi söhbət etməklə dəqiq bilmək olar.xa0 Bu yaxınlardaxa0 daha bir stratejixa0 nazirliyin rəhbəri azad edilən kimi onun da korrupsiya əməllərinin ifşasına start verildi. Hələki mətbuatda... Onun yerinə gələn nazir isə rüşvətxor kadrları təmizləməklə məşğul olduğunu elan etdi... Özüm konkret ad çəkmirəm ki, kimsə hansısa hakimiyyətdaxili qruplaşmanın mənafeyini güddüyümü düşünməsin...xa0
Xatırladım ki, hələ 2011-ci ildən öncəxa0 də korrupsiya ilə bağlı bir neçə nazir və yüksək vəzifəli şəxslər cəzalandırılıb, həbs edilib. Ammaxa0 bu dəhşətli, yoluxucu, sümürgəçi xəstəliyin kökü kəsilmir ki, kəsilmir... Ölkə rəhbərliyində olan kimsə dediklərimə inanmırsa, yaxud bunu Azərbaycan dövlətçiliyinə böhtan kimi dəyərləndirirsə, buyursun, gəlsin, dərviş-libas olub düşək Bakıda, bölgələrdə bazar və çayxanalarda, metro və avtobuslarda sadə vətəndaşların söhbətlərini dinləyək, bağçalardan tutmuş akademiyalaradək təhsil-təlim ocaqlarında, tibb məntəqələrindən tutmuş məşhur mərkəzi xəstəxanalarədəkxa0 və s. gəzək... Gürcüstanla, Rusiya ilə, İranla sərhəddəki gömrük məntəqələrinə baş vuraq... Onda görəcəyik ki, yerlərdə müəllimlərdən, həkimlərdən, hətta süpürgəçilərdən aylıq “haqq” yığımı sovet dövründəki pambıq yığımından daha sürətli və nizamlı gedir.xa0 Ali məktəblərdə tələbələrdən, xəstəxanalarda xəstələrdən qanunsuz ödənişlər alınması davam edir və s. və i.a.xa0
Bəs nə etməli? Görünür, rüşvətxorluq mərəzini yalnız vəzifədən azadetmə və azadlıqdan məhrum etmələrlə canımızdan çıxarmaq mümkün deyil. Bu xəstəlik yuxarılarda da, aşağılarda da çox dərin bir kök salıb. Odur ki, burada “cərrahi müdaxilələr”lə yanaşı, kütləvi profilaktik və “terapevtik” müalicələr də vacibdir...
Xərçəng xəstəliyi kimi rüşvətxorluq və korrupsiya mərəzini də xaricdən yeridilən infeksiya yayan “bakteriya” və “virus”ların fəaliyyəti sayəsində normal strukturu dəyişilmiş, “geni” zədələnmiş “hüceyrələr” - orta və yüksək vəzifəli məmurlarxa0 ölkənin “bədən”inə yaymaqdadır. Həmin məmurlar ilk növbədə bu ölkənin “qanı”nı, yənixa0 idarəçiliyi, təhsili, elmi, səhiyyəni və s. icra edən əsas strukrurlarını zəhərləyiblər. Deməli, həmin hüceyrələri, yəni məmurları bütövlükdə xüsusi süzgəcdən, testdən attestasiyadan keçirərək yararsızlarını atmaq lazımdır...xa0
Son onilliklərdə məmur olmaq istəyən gənclər də, əvvəllər vəzifələrdə çalışmış orta yaşlılar da mütləq şəkildə dövlət qulluğuna imtahan verirlər. Bundan əlavə, artıq məmur kimi işə qəbul olunanların hər 5 ildən bir təkrar imtahan edilməsi haqda da qərar qəbul edilb.xa0 Bunlar çox müsbət haldır. Ancaqxa0 çatışmayan və əsas olan bir cəhət var... Həmin test imtahanları və müsabiqələrdə gələcək məmurların bilikləri, idarəçilik qabiliyyətləri yoxlansa da, onların hansı niyyətlə dövlət orqanlarında işləməyi arzu etdikləri müəyyən olunmur... Yəni, ola bilər ki, hər hansı bir gəncin və ya keçmiş məmurun gözəl idarəçilik qabiliyyəti, kifayət qədər dünyagörüşü və savadı var, işləyəcəyi sahəni əla bilir, 3-4 xarici dildə danışır-yazır, amma niyyəti dövlətə, xalqa xidmət yox, şəxsi, ailə, tayfa maraqlarını həyata keçirmək, bir sözlə, loru dildə desək, işləyəcəyi vəzifədə mümkün qədər “yeyib-dağıtmaq”dır...xa0
Təcrübə göstərir ki, niyyətləri bəlli olmadan təyin olunan kadrlar sonradan ayrı-ayrı idarələrin, bölgələrin və bütövlükdə ölkənin başına bəlaya çevrilir. Məhz bu səbəbdən 10-15 il strateji sahələrin başında əyləşmiş bəzi nazirlər dövlətə, xalqa xidmət yerinə korrupsiya, dələduzluq və banditlik şəbəkəsi təşkil edərək milli xəyanət yolu tutmağa nail olurlar.xa0 Məhz bu səbəbdən neçə illər bir bölgənin idarəçiliyi etibar edilmiş bəzi icra başçıları harınlayıb sözün əsl mənasında quduraraq, quduzlaşaraq vətəndaşı, xalqı təhqir etməyə, tapdalamaya başlayır. Amma bunları öncədən məmur kimi yetişdirəndə profilaktik tədbirlər görülsə, hər hansı bir vəzifəyə iddialı olanlarxa0 əməlli-başlı süzgəcdən keçirilsə, çox nadir hallarda vəzifə başında həddini aşarlar...
Bütün bunları nəzərə alaraq əvvəlcə hazırda yalnız icra strukturlarına deyil, elm, təhsil, səhiyyə, iqtisadiyyat, kənd təsərrüfatı, gömrük, vergi və s. sahələrdə vəzifələrdə olanları imanlı, etibarlı,xa0 elmli, yüksək intellektli mütəxəssislərin və ən əsası, psixoloq və din xadimlərinin iştirakıylaxa0 çox mötəbər bir ali dövlət komissiyasının attestasiyasından- mənəvi-psixoloji testlərdən keçirmək gərəkdir... Köhnələri saf-çürük etdikdən sonra isə vəzifəyə gedəcək vətəndaşları da dövlət qulluğu və ya ixtisasla bağlı imtahanlardan öncəxa0 eyni ali dövlət komissiyasının, təbii ki, bir az fərqli suallarla oxşar mənəvi-psixoloji testdə yoxlamaq lazımdır...
Belə baxıram, deputatlığa namizədləri dəxa0 belə bir komissiyadan keçirib sonra təsdiqləmək lazımdır. Nədən ki, son illər xalq, vətəndaş barəsində nə danışdığını bilməyən, inhisarçılıqla, korrupsiya ilə məşğul olan, dünya malından ötrü hətta ata-anasıyla tutaşan deputatlar da görməkdəyik... Parlamentdə də yalnız millət(!) vəkili adına gerçəkdən layiq olan şəxslər əyləşməlidir...
Belə ali dövlətxa0 kadr komissiyasından keçəcək gələcək və ya işləyən məmur, yaxud deputatların qarşısına elə mənəvi-psixoloji testlər, tapşırıqlar qoymaq mümkündür ki, onlar cavablardaxa0 manipulyasiya edə, yəni əsl, çirkin niyyətlərini gizlədəxa0 bilməsinlər.xa0 Onların təbiətən ədalətli, halal, vicdanlı, insaflı olub-olmamaqları dəqiq bilinsin...Hesab edirəm ki, belə ciddi test, tapşırıq və müsabiqə sualları tətbiq edə biləcək kifayət qədər savadlı və imanlı ilahiyyatçı və psixoloqlarımız var...
Bu işdə dövlətə möhtərəm Şeyxülislam da böyük yardımçı ola bilər. O və rəhbərlik etdiyi qurumun əməkdaşları yolundan çıxmağa meyilli olan məmur və ya deputatlarıxa0 məscidlərə dəvət edərək onların üzərində hər bir müsəlman, xüsusən də din alimi üçün vacib olan vəzifəni –nəhy əz-münkər(pis əməldən çəkindirmək) və əmr be-mərufu(yaxşı əmələ dəvət) icra etməyə borcludurlar. Bu haqda, inşallah, növbəti yazılarda ətraflı bəhs edəcəyik...
Öncəki prezidentimiz yenidən 7 illiyə prezident seçildi. Təki xalqımız və dövlətimiz üçün xeyirli-uğurlu olsun. Bu 7 ildə xalq gələcək inkişafımız üçün böyükxa0 əngəl olan iki məsələnin Qarabağın işğaldan azad edilməsi və korrupsiyaya, inhisarçılığa son qoyulmasını arzulayır... Bir vətəndaş olaraq hesab edirəm ki, bu əngəlləri aradan qaldırmaq üçün idarəçilikdə ciddi islahatlar aparmaq, xüsusən məmur və deputatlarla bağlı qeyd etdiyimiz işləri görmək vacibdir. Əks halda sözlərimiz çətin ki, əmələ çevrilə...
Sultan Laçın






























































































