Kaş “arxadan atılan daş topuğa”x9d dəyməyə...

Kaş “arxadan atılan daş topuğa”x9d dəyməyə...

Hazırda oxunan: Kaş “arxadan atılan daş topuğa”x9d dəyməyə...

118205
Regionların inkişafı proqramının gedişinə dair müşavirədəki çıxışında ölkə başçısı çox ciddi problemlərə toxundu. Burda diqqət çəkən məsələlərdən biri də ölkəyə gətirilən bahalı avtomobillərlə bağlıdır. Danılmaz faktdır ki, bizdə ən xırda məmurdan tutmuş “iriçəkili”x9d məmurların hamısı dünyada istehsal olunan ən yeni model avtomobillərdən istifadə edirlər və indiyə kimi bu ərköyünlərə “dur”x9d deyən olmayıb. Bütün bunlar azmış kimi, bəzi məmurlar istifadələri üçün hətta, xaricdən zirehli avtomobil də gətizdiriblər. Artıq bu, gülməli yox ağlamalıdır. Müharibə şəraitində olan bir ölkənin, müəllimi, həkimi aylıq 100-200 manat məvacib alan bir məmləkətin məmurunun bu qədər həddini aşması, azğınlaşması təbii ki yolverilməzdir və yəqin ki, zaman-zaman onlar öz cəzalarını alacaqlar.  
Hələ illər öncə nəqliyyat naziri Ziya Məmmədovun xaricdən Bakıya gətirdiyi “bənövşəyi taksi”x9dlər barədə qədərincə ictimai narazılıq olsa da, həmin taksilərin maya dəyərindən neçə qat artıq ölkəmizə sırındığı barədə yazılsa da, təəssüf ki, heç bir tədbir görülmədi. O vaxt iddia edilirdi ki, Ziya Məmmədovun bəh-bəhlə Bakıya gətirdiyi həmin Çin istehsalı olan «London taksiləri»nin real qiyməti 7500 dollar olduğu halda, dövlətə 27 min dollardan sırınıb. Sonradan bu bazarın əhatəsi daha da genişləndi. Məşhur taksilər bölgələrə də “ayaq açdı”x9d. Buna ehtiyac olmadığı halda..   “London taksisi”x9d sumqayıtlının, gəncəlinin nəyinə lazımdı və hansı gününə yaraşır? Bu gün ölkədə yaranan iqtisadi böhranın da, geriyə qayıdışın da kökündə bu və ya digər yanlışlıqlar və buraxılan səhvlər durur. “Bəşövşəyi taksi”x9dlərin sırasına çox baha qiymətə xaricdən alıb gətirilən marşrut avtobuslarını da qoşmaq gərəkdir. Sözsüz ki, həmin avtovuslar da real qiymətindən dəfələrlə artıq “başa”x9d gəlib. Bu gün xaricdən gətirilən minik avtomobillərini “NazLifan”x9dla ürəyimizcə olmasa da, əvəz edəcəyik. Bəs, ictimai nəqliyyat?  İllərdi ki, “apar-gətir”x9d alveri bu barədə düşünməyə imkan verməyib. Yoxsa, keçən zaman ərzində alternativ bir şey düşünmək lazım idi. Dünya standartlarına tam cavab verməsə də, “ayağımızı yerdən götürən”x9d, belə dar məqamda işimizə yarayan avtobusumuz da olardı...
Dədələrimizin gözəl bir misalı var: “eşşəyə min ata çatınca”x9d. Ancaq bizim məmurlar çox tələsdilər. Əvvəlcə “at”x9d mindilər...

 Nəhayət, özümüzə qayıtmağımız, öz malımıza-məhsulumuza dəyər verməyimizin vaxtıdır. Bütün bunlar hamısı təqdirəlayiqdir. Ancaq gecdi-tezdi, onu zaman göstərəcək...Kaş “arxadan atılan daş topuğa”x9d dəyməyə...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO