Analoqsuz nağıl

Analoqsuz nağıl

Hazırda oxunan: Analoqsuz nağıl

118149





Ortalıqda nə güc varmış, nə qüdrət

Güc adına quru şəkil varıymış.

Nə inkişaf, nə tərəqqi, nə uğur...

Bütün bunlar analoqsuz nağılmış.

xa0

Neftin üzü bircə anda dönəndə,

Manatımız günü-gündən öləndə,

Aclıq yaxın dost tək qapı döyəndə,

Ümid böyrək satışına qalırmış.

xa0

Çox daxmada isti soba yanmazkən,

Çox ürəyə sevinc cığır salmazkən,

Xalq yeməyə yavan çörək tapmazkən,

Ac məmurlar milyonları qapırmış.

xa0

Düşmənləri hey güldürən ölkənin,

Dostlarını hey küsdürən ölkənin

Qiymətləri od püskürən ölkənin,

Vətəndaşı oddan betər yanırmış.

xa0

Seymur Əliyev

e-mail: [email protected]

xa0

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO