Çaypulu...

Çaypulu...

Hazırda oxunan: Çaypulu...

116809
“Oxu Zalı”x9dnda yayımlanan ötən yazım əməlli-başlı marağa səbəb oldu. Adamlar dəstək olmaq üçün sosial şəbəkədən mesaj yazır, demək olar, eyni həyatı yaşadığımızı deyirdilər. Məlum məsələdir, eyni ölkədə yaşadığımızı nəzərə alsaq, burada təəccüblü bir şey yoxdur.xa0
xa0
Mağaza sahibləri Bakıda da satdığı malın üstünə dədəsinin qiymətini qoyur, mən yaşadığım Qazaxda da. İnsanlar Bakıda da bahalıq əlindən təngə-cəzana gəlib, Qazaxda da. Adamlar Bakıda da etiraz aksiyası keçirmək əvəzinə çayxanalarda cəm olur, Qazaxda da...
xa0
Mənim Bakıya köçmək niyyətimin olmaması da elə buradan qaynaqlanır ki, Qazaxda da işsizəm, gəlib Bakıda da işsiz qalacam. Yenə Qazaxda heç olmasa atam-anam yanımdadır, bir özləri yeyəndə iki də mənim qabağıma qoyurlar ki, canı canımızdan qanı qanımızdandır. Ara-sıra burunlasalar da, çölə atası deyillər ha!xa0
xa0
Bir məsələ də var, inandırmışam ki, ölkədə bir-iki urvatlı şair varsa, onun biri də elə mənəm. Böyük şair-zad olacağım onları bir o qədər maraqlandırmasa da, tarixə şair övladına göz verib işıq verməyən ata-ana kimi düşməmək üçün üzümə xoş baxırlar.
xa0
Bakıda isə beş-on nəfər şair-şüəradan başqa nə özümü tanıyan var, nə şeirimi oxuyan. Elə burada da oxuyan yoxdur. Heç şeir yazdığımı bilən də yoxdur. Onlara maraqlı da deyil. Sadəcə, qəzetdə işləyən vaxtlarımda saytlardan, sosial şəbəkələrdən imzamı görüb bir şeylər qaraladığımı anlamışdılar.xa0
xa0
Hər əlinə qələm alanın şeir yazdığını düşündüklərindən o gün-bu gün “şair”x9d deyib arxamca düşüblər. Hətta, məclis adamı olmasam da, məclisinin başında görmək istəyən, şəhərə çıxanda qılığıma girib bir çay alan yaxın-yamac var heç olmasa burada.xa0
xa0
Çay dedim, yadıma düşdü, ötən yazım çıxandan bir gün sonra telefonuma qəfil zəng gəldi. Zəng gözləyən adam olmadığımdan diksindim. Tələm-tələsik götürüb cavab verdim. Bir cavan oğlan idi. Buyurdu ki, müəllim, yazını oxumuşam, imkan varsa, məhəllənizin başındakı mağazanın yanında görüşüb bir yerdə çay içək, söhbət eləyək. Cibimdə beş qəpik pulum olmadığından əvvəl razılıq vermək istəməsəm də, dəvətin ondan gəldiyini düşünüb yumşaldım.xa0
xa0
Mağazanın qabağında görüşüb çayxanaya getdik. Yazı o yanda qaldı, ölkənin gün-güzərənından, gələn-keçəndən danışıb özümüzü əldən saldıq. Qalxanda qıcqırıldım ki, dayan hesabı mən verəcəm, əlimi tutdu: “Mən sizi dəvət etmişəm”x9d.xa0
xa0
Yazını müzakirə edə-edə mağazaya sarı gəldik, mən qapının qarşısında gözlədim, o girdi. Bir azdan əli dolu çıxdı. Öncə əlində tutduğu iki qutu siqaretin birini uzatdı, sonra içi bazarlıq dolu torbanı: “Məllim, xırda-xuruş bazarlıq etmişəm”x9d.xa0
xa0
Bir xeyli dartınsam da, əl çəkmədi: “Şairi el saxlayar”x9d. Ovcundakı pulu da cibimə basdı ki, buna da ayın-oyun alarsınız. Sonra da fikrim dəyişər deyə, tələm-tələsik mağazanın qarşısında saxladığı maşınına əyləşib getdi. Adını da soruşa bilmədim...
xa0
***
Məlum hadisənin üstündən bir-iki gün keçmişdi. Şəhərdə bir iş dalınca tələsirdim, həll edib kəndə qayıtmalıydım. Bir tanış yaxınlaşdı ki, səninlə çay içmək istəyirəm, vaxtın varsa bir yerdə oturaq. O dəfəki çay qonaqlığını, bazarlığı xəyallanıb ancaq işimi həll edəndən sonra çay içə biləcəyimi dedim. Razılaşdı. Hətta, gedəcəyim mənzilə qədər mənə yoldaşlıq elədi. xa0Xülasə, iş alınmadı. Bir qutu siqaret aldım, şəhərin urvatlı çay evlərindən birində qabaq-qənşər oturub yazıdan, pozudan, gedişatdan gap elədik.
xa0
Başımı qaldıranda gördüm, adam “çəkmirəm”x9d deyə-deyə siqaretimi çəkib qurtarıb. Danışmağa sözümüz də qalmayıb. O mənə baxır, mən ona... Bir azca da otursaq, gözümüzə yuxu gedəcək. Kirimişcə işarə elədim ki, mən ayaqyoluna gedirəm, qayıdanda qalxarıq.xa0
xa0
Düşündüm, mən gələnə hesabı kəsmiş olar. Cibimdə bir manat siqaret pulum, iyirmi qəpik yol pulum olduğundan bir az da özümü gecikdirdim ki, bezikib qalxsın.xa0
xa0
Əlüzyuyanın suyunu bağlayıb çıxanda gördüm, qapının qarşısında bir uşaq dayanıb. Elə bildim, içəri keçmək istəyir, yol verdim. Qayıtdı ki, hara qaçırsan, dostun çayın pulunu vermədən qalxıb getdi...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO