Uğrunda ölünməsi gərəkən “səhv”x9d

Uğrunda ölünməsi gərəkən “səhv”x9d

Hazırda oxunan: Uğrunda ölünməsi gərəkən “səhv”x9d

108979

Türkiyənin Rusiyaya məxsus “Su-24”x9d təyyarəsini vurması və bunun ardınca iki dövlət arasındakı münasibətlərin gərginləşməsi bütün dünyada ciddi müzakirələrə səbəb olub. Maraqlıdır ki, istər Türkiyə, istərsə də Azərbaycanda bəzi siyasilər Türkiyə sərhəddini pozan rus təyyarəsinin vurulmasını yanlış hesab edir, bunun Türkiyə və türk dünyası üçün acı nəticələrə səbəb olacağını proqnozlaşdırır. Bu qəbildən olan siyasilər hesab edir ki, Ərdoğan hökuməti rus təyyarəsini vurmaqla türkləri ciddi problemlərlə üz-üzə qoyub. Məhz bu baxımdan rəsmi Ankaraya yönəlik ciddi ittihamlar səsləndirilir ki, bu da Putinin anti-türk göstərişlərindən təşvişə düşən insanların hakimiyyət ətrafında səfərbər olmasına, vahid mövqe srəgiləməsinə imkan vermir.

Qeyd etdiyimiz kimi, bəzi siyasilər türk sərhədlərini pozan, Türkiyənin qüruruna meydan oxuyan rus təyyarəsinin vurulmasını “səhv”x9d adlandırır. Halbuki, dövlətin sərhədlərini pozan düşmənin məhv edilməsi ordunun, bu orduya rəhbərlik edən yetkililərin borcudur. Dövlətin konstitusiyası da,  təhlükəsizliyi də, şərəf və nüfuzu da bunu tələb edir. Sərhəd dövlətin namusudur və onu pozan kim olursan-olsun, hökmən cəzalandırılmalıdır. Bu məsələdə hər hansı ayrı-seçkiliyə, əlahəddəliyə, istisnaya yol verilə bilməz. Bu mənada Ərdoğanın vurulan təyyarənin Rusiyaya aid olduğunu bilmədikləri və məhz buna görə vurduqları ilə bağlı açıqlaması belə utanc və məntiqsizlikdən başqa bir şey deyil.

Vurulan təyyarənin iki dövlət arasında ciddi gərginliyə səbəb olacağı və iqtisadi baxımdan Türkiyəyə ziyan vuracağına gəlincə, bu, şərhsiz də aydın olan bir məsələdir. Eyni zamanda, onu da unutmaq olmaz ki, iki dövlət arasında iqtisadi əlaqələrin kəsilməsindən Türkiyə qədər, hətta ondan da çox ziyan görəcək ölkə Rusiyanın özü olacaq.

Türkiyənin Rusiyanın iqtisadi təzyiqlərinə məruz qalma ehtimalını əsas gətirib dövlət sərhəddinin  rus təyyarələri tərəfindən açıq-aşkar pozmasına göz yummağı tələb etmək, namusuna təcavüz edilən insandan müqavimət göstərməməyi, sadəcə  gözünü qapamağı tələb etməyə bənzəyir.

Dövlətin toxunulmazlığını, siyasi nüfuzunu sırf iqtisadi maraqlara qurban verməyə səsləmək ölkənin şərəfini, onun müqəddəsliyini təhqir etmək deməkdir. Bu,  türk düşüncəsinə, türk ruhuna zidd bir çağırışdır.

Biz Ərdoğanın Türkiyənin idarəedilməsi, türk dövlətlərinə münasibəti baxımından atdığı bir çox addımı tənqid edə, bununla razılaşmaya bilərik. Lakin rus təyyarəsinin vurulması ilə bağlı məsələdə Ərdoğan yerdən göyə qədər haqlıdır.  Biz Rusiyanın bütün əzəməti ilə Türkiyənin üzərinə gəldiyi bir zamanda bu addıma “səhv”x9d deyib türk hökumətini bu savaşda tək qoya bilmərik. Hətta Ərdoğanın bu addımının həqiqətən də “səhv”x9d olduğuna inanlar belə anlamalıdır ki, bu olay səhv də olsa, düz də olsa baş verib. Biz Ərdoğana qarşı cəbhə almaq, onu ittiham etməklə türk dünyasının mənafeyi baxımından faydalı heç nə əldə edə bilməyəcəyik. Bizim yaranmış vəziyətdən yeganə çıxış yolumuz rəsmi Ankaranın atdığı bu addımları sona qədər, qətiyyətlə müdafiə etmək, onu tək qoymamaq, Rusiyanın təzyiqlərinə qarşı adekvat addımlar atmaqdır. Bunu da unutmayaq ki, suçlu olduğu halda özünü haqlı sayan Rusiyada sadə vətəndaşlar da, siyasilər də Kremlin mövqeyini qətiyyətlə müdafiə edir, Moskvanın günahkar olması haqqında bir kəlmə də olsun fikir səsləndirmir.

Bilməliyik ki, bu olay yalnız Trükiyə-Rusiya arasında deyil, həm də bütün türk dünyası ilə Kreml arasında bir şərəf, bir prinsip məsələsidr. Öz haqqını qoruyan Türkiyənin Rusiyadan istəyəcəyi üzr yalnız Türkiyənin deyil, bütün türk dünyasının alçalması demək olacaq. Biz ya bütün təzyiqlərə dözüb sona qədər müqavimət göstərməli, ya da alçalaraq iqtisadi maraqlarımızı təmin etmək yolunu tutmalıyıq. Rusiyanın bizə təklif etiyi yeganə yol alçalaraq, onun bütün özbaşınalıqlarını, hörmətsizliklərini qəbul edərək yaşamaqdır ki, bu, heç bir şərəfli türkü qane edə bilməz.

Və sonda, bunu da unutmayaq ki, Ərdoğan hökumətinin bu “səhv”x9di əslində bizim illərlə gözlədiyimiz, həsrətində olduğumuz, uğurunda ölünməsi gərəkən“səhv”x9ddir. Hansı ki, hər bir türkün ürəyində  türk dünyasına hər zaman hörmətsizlik göstərən, onu alçaldan, təhqir edən, məhrumiyyətlərə düçar edən Rusiyadan kiçik də olsa bir qisas, xırda da olsa bir intiqam almaq arzusu olub. Və rəsmi Ankara “Su-24”x9d təyyarəsini vurmaqla Türkiyənin qanuni haqlarını qorumaqla yanaşı, bu arzunu da gerçəkləşdirmiş oldu. Məhz bu baxımdan bəzi siyasətçilər tərəfindən “səhv”x9d adlandırılan bu addım min doğrudan daha artıq hörmət və ehtirama layiqdir. Bu “səhv”x9din hansı nəticələrə səbəb olacağı isə hər birimizin iradəsindən, səy və dərrakəsindən, rəsmi Ankaraya verəcəyimiz dəstəkdən asılı olacaq.

 

Seymur Əliyev

e-mail: seymur_dq04@mail.ru

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO