Tanınmış hüquqşünas hüquq elmləri doktoru İlyas İsmayılov bir necə il öncə Cinayət Məcəlləsinə
ölüm cəzasının yenidən bərpasını təklif edəndə mən də bu təklifi digərləri kimi
təqdirə layiq saymadım. Çünki ölüm cəzası olmadan belə hüquq mühafizə
orqanları kütləvi korrupsiya və rüşvət əməllərindən
qalmırlar. Ölüm cəzasının qanunvericilikdə əksini tapması, görün, rüşvətin məzənnəsini
hansı həddə qaldırar.
Bunu əslində milli xüsusiyyətləri nəzərə alaraq vəzifəsindən sui istifadə
hallarının qaçılmaz olduğuna görə belə düşünürdüm . Hüquqşünasın qınaq edilən təklifini
bu günümüz üçün nəzərə alsaq,
yanılmışıq. MTN-nin mütəşəkkil cinayətkar qurum kimi törətdikləri cinayət əməllərinin
hüquqi qiyməti güllələnmədən başqa heç bir cəza ilə qarşılana bilməz. Diqqətlə
fikir verin, bu qurumun rəhbəri və vəzifəli şəxsləri Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin
aşağıdakı bütün maddələri ilə təqsirli bilinməlidirlər. Hər bir vəzifəli şəxsin
cinayət əməllərinin ağır nəticələri həmin quruma rəhbərlik edən şəxsin məsuliyyəti
kimi qiymətləndirilməli və qiymətləndirildiyi halda hansı müddətə azadlığın məhdudlaşdırılması
çox böyük sual doğurur. Çünki onların törətdiyi cinayət əməllərinə görə ömürlük
azadlıqdan məhrum etmə cəza deyil. Cinayət Məcəlləsində təsbit edilmiş ən ağır
cinayət əməllərinə dair qanunvericiliyin bütün tələbləri pozmuşlar. Hesab edirəm
ki, onların əməlləri dövlətə, dövlətçiliyə və xalqa xəyanət kimi qiymətləndirilməli,
Cinayət Məcəlləsində nəzərdə tutulmasa da müstəsna hal kimi güllələnmə cəzasının
tətbiqi təmin edilməlidir. Məncə, bu həm dövlətin və xalqın üzərinə düşən mənəvi
yükü , rüsvayçılığı , həm də ifşa edilən dövlət qulluqçularının mənəvi yükünü
birdəfəlik təmizləmiş olar. Bu qatı
cinayətkarların bundan sonra Azərbaycan xalqı içərisində yaşamaq haqqı yoxdur.
Onları mənəvi xəstə də hesab etmək olar.
Ona görə də təklif edirəm ki, o cinayətkarlar üçün eftanaziya hüququ tanınsın və humanist addım
kimi təklif edilsin.
Qanunda nəzərdə tutulmamış cəza tətbiqini Azərbaycan ictimaətinin rəyi əsasında
həyata keçirmək olar. Əgər bu da mümkün olmadıqda dövlət qulluqçularının dövlət
əleyhinə yönələn cinayətlərinin belə kütləvi və ağır nəticələr doğurduğu halı
üçün Cinayət Məcəlləsinə dəyişikliklər edilməli və belə xüsusi hallar üzrə güllələnmə
cəzasının bərpa edilməsi vacibdir. Belə təxirəsalınmaz cəza tədbiri bütün dövlət
qulluqçuları üçün örnək və təkrarlanmaması üçün isə sığorta rolunu oynaya bilər.
Siz MTN-nin törətdiyi cinayət əməllərinin CM-də siyahısına diqqət edərək özünüz
rəy verin. Bu cinayətlərlə necə yaşamaq olar ?
Maddə 133. İşgəncə vermə. Maddə
145. Qanunsuz azadlıqdan məhrum etmə . Maddə 147. Böhtan. Maddə 149. Zorlama . Maddə 155. Yazışma,
telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma. .Maddə 180. Soyğunçuluq. Maddə 181. Quldurluq . Maddə 182. Hədə-qorxu
ilə tələb etmə . Maddə 183. Xüsusi dəyəri olan əşyaları talama . Maddə 185.
Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi
ələ keçirmə . Maddə 190. Qanuni sahibkarlıq fəaliyyətinə mane olma . Maddə
193-1. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı
leqallaşdırma . Maddə 194. Cinayət yolu
ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə,
onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə . Maddə 199.
İnhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırma . Maddə 209. Gömrük ödənişlərinin
ödənilməsindən yayınma . Maddə 213. Vergi ödəməkdən yayınma . Maddə 214. Terrorçuluq . Maddə 214-1.
Terrorçuluğu maliyyələşdirmə . Maddə 244-1. Qumarxana təşkil etmə və ya saxlama
. Maddə 245. Qəbir üzərində təhqiredici hərəkət . Maddə 274. Dövlətə xəyanət . Maddə
276. Casusluq. Maddə 279. Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri
və ya qrupları yaratma. Maddə 290. Təqsiri
olmadığını bilə-bilə şəxsi cinayət məsuliyyətinə cəlb etmə. Maddə 292. Qanunsuz olaraq tutma, həbsə alma
və ya həbsdə saxlama. Maddə 294.
Sübutları saxtalaşdırma . Maddə 302. Əməliyyat-axtarış fəaliyyəti haqqında
qanunvericiliyi pozma . Maddə 303. Siyahıya alınmış və ya üzərinə həbs
qoyulmuş, yaxud müsadirə olunmalı əmlak barəsində qanunsuz hərəkətlər . Maddə
308. Vəzifə səlahiyyətlərindən sui-istifadə . Maddə 309. Vəzifə səlahiyyətlərini
aşma . Maddə 311. Rüşvət alma (passiv
rüşvətxorluq) . Maddə 314. Səhlənkarlıq .
Maddə 322. Özbaşınalıq . Maddə 341. Hakimiyyətdən sui-istifadə etmə,
hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə . Maddə 342. Qulluğa səhlənkar yanaşma və.c.
































































































