O, məşhur azərbaycanlı kriminal avtoritetin oğludur.
Dünən Rusiya DİN əməkdaşları tərəfindən “Çayxana “Alayski bazar”x9d na Çertanovskoy”x9d restoranında 29 yaşlı “qanuni oğru”x9d, kiriminal aləmdə Zaur Naxçıvanski adı ilə məşhur olan Zaur Şipilov saxlanılıb.
Oxu.Az “Praym Kraym”x9da istinadən xəbər verir ki, axtarış zamanı onda böyük miqdarda heroin aşkar edilib.
Saytın məlumatına əsasən, Zaur Şipilov məşhur azərbaycanlı kriminal avtoritet, 2006-cı ilin aprelində Moskvada “qanuni oğru”x9d Hikmət Muxtarov ilə bərabər güllələnən Bayram Talıbovun oğludur. Zaurun özü Türkiyədə 2013-cü ilin iyulunda Rövşən Lənkəranskinin təşəbbüsü ilə oğru adını alıb.
Xarici köklərinə baxmayaraq Zaur doğulub böyüdüyü Orenburqu öz doğma evi hesab edir. Vətəndə onun oğru titulu haqqında tək-tük adamlar bilsə də, Şipilov dəfələrlə polisin diqqətini çəkə bilib.































































































