Şirkət rəhbərinin iş otağındakı seyfindən oğurluq edənlərin axtarışı davam etdirilir.
Moderator.az xəbər verir ki, keçən həftə Xırdalan şəhərində “Körpü-Bina-Tikinti”x9d MMC-nin istehsalat bazasının rəisi Əflatun Göyüşovun xidməti otağındakı seyfdən oğurluq edilib. Oğrular seyfdən rəsmi məlumata görə, 6 min manat və qızıl-ziynət əşyalarını aparıblar.
Moderator.az -a daxil olan məlumata görə, seyfdə deyiləndən artıq pul olub. Hadisə axşam saatlarında olub. Əvvəlcədən hazır olan oğrular otağa seyfdən pulu götürmək üçün xüsusi alətlərlə giriblər. Onlar seyfdən pulu seyfin arxasını xüsusi qurğu ilə deşərək götürüblər.
Faktla bağlı araşdırma aparılsa da hələ ki, nəticə yoxdur. Hadisədən sonra şirkətdə çalışan işçilər dindirilib və onların barmaq izləri götürülüb. Dindirmə zamanı şirkətdə çalışan hər hansı şəxs şübhəli qismində saxlanmayıb. Bu isə onu deməyə əsas verir ki, oğurluğu şirkətdə çalışmayan şəxslər tərəfindən törədildiyi ehtimal olunur. Hüquq-mühafizə orqanları axtarışını davam etdirir.
Mənbə onu da bildirdi ki, hadisə zamanı istehsalat bazasının rəisi Ə. Göyüşov və «Körpü-Bina-Tikinti» MMC-nin rəhbəri Xəlil Göyüşov Azərbaycanda olmayıblar. Onlar hadisə baş verən Türkiyədə istirahət ediblər. Hadisədən sonra da X. Göyüşov məzuniyətini yarımçıq qoyub geri dönməyib.































































































