“Yaponçik” Bakıda tutuldu

“Yaponçik” Bakıda tutuldu

Hazırda oxunan: “Yaponçik” Bakıda tutuldu

88225
 

Bakıda "Yaponçik” adı ilə tanınan kriminal avtoritet saxlanılıb.

Bu barədə Sfera.az-a  hüquq-mühafizə orqanlarından məlumat verilib. 

Sentyabrın 11-də Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları əvvəllər oğurluqda şübhəli bilinən 1982-ci il təvəllüdlü Həsənli Rauf Orxan oğlunu saxlayıblar.

 

Onun idarə etdiyi "KİA” markalı avtomobilin baqaj hissəsində aparılan axtarış zamanı 1 kiloqram 100 qram marixuana aşkar edilib. Bundan əlavə, saxlanılan şəxsin üstündə də narkotik aşkarlanıb. Narkotikin satış üçün nəzərdə tutulduğu bildirilir. 

Hazırda saxlanılan şəxsin başqa cinayətlərdə iştirakının olub-olmadığı müəyyənləşdirilir. Qeyd edək ki, R.Həsənli özünü 2009-cu il oktyabrın 9-da sui-qəsd nəticəsində həyatını itirən Moskvadakı mütəşəkkil cinayətkar qrupun lideri, kriminal aləmin "qanuni oğrusu” Vyaçeslav İvankov (Yaponçik) əfsanəsinə bənzədir. 

Əvvəldən "Yapon” olaraq tanınan cinayətkar (gözləri qıyıq olduğuna görə belə deyilib), sonradan "Yaponçik” adlandırılıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO