Rusiyada azərbaycanlı  iş adamı özünü öldürdü  - FOTOLAR

Rusiyada azərbaycanlı iş adamı özünü öldürdü - FOTOLAR

Hazırda oxunan: Rusiyada azərbaycanlı iş adamı özünü öldürdü - FOTOLAR

85220
Bu gün səhər saatlarında Rusiyanın Lipetsk şəhərində Azərbaycandan olan 44 yaşlı iş adamı özünü öldürüb.

Oxu.az LipetskMedia saytına istinadla xəbər verir ki, iş adamının adı Mixail olub və o, uzun illər Lipetskdə yaşayıb. Onun həyat yoldaşı və iki övladı olub.

Şahidlərdin sözlərinə görə, səhər iş adamı 6-cı mərtəbədə yaşasa da, 9-cu mərtəbəyə qalxıb. Blokun pəncərəsi 9-cu mərtəbədə açıq olduğuna görə, onun özünü məhz həmin pəncərədən atdığı ehtimal edilir.

İş adamının həyat yoldaşı müstəntiqlərə deyib ki, son zamanlar onun əri ünsiyyətcil olmayıb. Biznesdə böhrana görə problemlər yaranmışdı və o, çox narahat idi.

“Mən ona deyirdim ki, problemləri ürəyinə yaxın buraxmasın, bizim yaxşı ailəmiz, mənzil və maşınımız var. Lakin o, çox qaraqabaq olmuşdu”x9d, - iş adamının həyat yoldaşı danışıb.

O həmçinin deyib ki, ərinin düşmənləri olmayıb, buna görə də yeganə versiya onun özünü öldürməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO